Hikeşi - Haqqında Məlumat

Hikeşi - Haqqında Məlumat


Mp3 haqqında Məlumat
Mp3 mahnı haqqında ətraflı məlumat əldə edə bilərsiniz
Hikeşi

Hikeşi (火消?)Edo dövrünün Yaponiya yanğınsöndürənləri.

Hikeşi dəbilqəsi.

Edo dövründə Yaponiya şəhərləri əsasən taxta tikililərdən ibarət idi və buna görə tez-tez yanğınlar baş verə bilirdi.[1] Böyük yanğınların qarşısını almaq üçün şəhərlərdə yanğınsöndürmə briqadaları formalaşdırılmışdı.[1] Edo, KiotoOsaka kimi böyük şəhərlərdə hikeşi briqadaları şoqunluq tərəfindən təşkil olunurdu.[1] Daymyolarhakamotolar Edoda və qəsrlərində hikeşi briqadalarını qururdular.[1] Adi sakinlər isə məhəllələrino qorumaq üçün öz hikeşi briqadalarını təşkil edirdilər.[1]

Edo şəhərində 3 növ hikeşi mövcud olmuşdur: cobikeşi (定火消?, şoqunluğun hikeşiləri), daymyo hikeşi (大名火消?, daymyoların hikeşiləri)maçi hikeşi (町火消?, şəhərlilərin hikeşiləri).[1]

Növləri redaktə

Cobikeşi redaktə

Cobikeşi briqadaları 1650-ci ildə 4 briqada ilə qurulmuş, 1657-ci ildə baş vermiş Meyreki yanğınından sonra böyüdülmüş, 1704-cü ildə isə 10 briqadadan ibarət olması qərarlaşdırılmışdır.[1] Cobikeşilər şoqunluğun rəsmiləri hesab olunurdular və hatamotolardan əmr alırdılar.[1] Hər cobikeşi birliyi 36 samuraydan ibarət idi.[1] Samuraylar bu işə görə şoqunluqdan ödəniş alırdılar.[1]

Cobikeşilər şəhərdəki yanğınlarla və digər təcili vəziyyətlərlə mübarizə aparır, bu zaman daymyo hikeşilərə və maçi hikeşilərə başçılıq edirdilər.[1] Edo şəhəri böyüdükcə onlar daha az adekvat olmuş və digər yanğınsöndürənlərlə münasibətləri pisləşmişdir.[1] 1760-cı illərə qədər cobikeşilərin digər hikeşilərlə əməkdaşlığı çox zəif olmuşdur və 1792-ci ildə cobikeşilərin adi sakinlərin məhəllərində fəaliyyət göstərmələri qadağan olunmuşdur.[1] 1819-cu ildə isə cobikeşilərin fəaliyyət sahəsi Edo qəsrinin xarici xəndəyi ilə məhdudlaşdırılmışdır.[1]

Daymyo hikeşi redaktə

 
Hikeşiləri təsvir edən rəsm (1833). Edo-Tokio muzeyində saxlanılır.

1629-cu ildə şoqunluğun əmri ilə daymyolar Edoda öz hikeşilərini təşkil etməyə başlamışdırlar.[1] Qanuna görə hər 10.000 kokuya görə 30 yanğınsöndürən ayrılmalı idi.[1] Daha sonra daymyo hikeşi briqadaları böyüdülmüş, yanğınsöndürən və yanğın müşahidəçiləri şəklində yenidən formalaşdırılmışdır.[1]

Müşahidəçilərin şəhərin strateji nöqtələrinə yerləşdirilirdilər.[1] Yanğınsöndürənlərin isə 4 vəzifəsi olurdu: bəziləri dərhal yanğın bölgəsinə çağırılır; bəziləri Edo qəsri, Zoco məbədi, Asakusa düyü anbarı kimi müəyyən strukturların yaxınlığındakı postlara təyin edilir; bəziləri öz yaşayış məntəqələrinə mühafizəçi kimi qoyulur; bəziləri isə şoqunluğun xüsusi vəzifələrini yerinə yetirirdilər.[1][2]

Maçi hikeşi redaktə

Edo şəhərinin maçi hikeşi briqadaları ilk dəfə 1718-ci ildə kommersiya tikililərini qorumaq məqsədilə yaradılmışdır.[2] 1723-cü ildə briqadaların sayı 47-ə yüksəldilmiş, daha sonra 48 olmuşdur.[2] Maçi hikeşilər şəhər sakinləri tərəfindən idarə olunurdular, hər briqada komandir, komandir köməkçiləri, nərdivan daşıyıcıları, adi yanğınsöndürənlər, xərəkçilərdən ibarət idi.[2]

Bəzən yanğının söndürülməsində kömək etmək, xüsusilə də, baş verən dağıntıları təmizləmək üçün maçi hikeşilərə könüllülər də qoşulurdular.[2] Lakin bəzi könüllülər yanğının söndürülməsi əvəzinə, yanğının nəticələri barədə mərcləşməklə maraqlandıqları üçün narahatçılığa səbəb olurdular.[2] Həm bu cür könüllülərin səbəb olduğu mənfi reputasiyaya, həm də sosial ayrı-seçkiliyə görə maçi hikeşilərə samurayların yaşadıqları rayonlarda fəaliyyət göstərməyə icazə verilməmişdir.[2]

İstinadlar redaktə

Ədəbiyyat redaktə

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I). Tokio: Kodansha. 1983. səh. 137–138. ISBN 0-87011-623-1. İstifadə tarixi: 29 avqust 2022.