Müzakirə:Cuğa_nekropolu - Haqqında Məlumat

Müzakirə:Cuğa_nekropolu - Haqqında Məlumat


Mp3 haqqında Məlumat
Mp3 mahnı haqqında ətraflı məlumat əldə edə bilərsiniz
Müzakirə:Cuğa_nekropolu

Müzakirə:Cuğa nekropolu

Ən son rəy:3 il öncə, ContraDuck tərəfindən "Şəklin autentikliyi" mövzusunda

İddiası? redaktə

Maraqlıdır. Nəyə əsasən məqalənin başlığında "iddiası" sözü var? Bəyəm əldə əks sübut var ki? Məsələn, həmin nekropoldan yeni fotolar, ekspertlərin bölgədən yazdığı yazılar, videolar, peyk görüntələri filan? Cavid Ağa (müzakirə) 19:44, 27 iyul 2019 (UTC)Cavabla

İddiası sözünün ləğv edilməsini dəstəkləyirəm. Heç də obyektiv deyil. Xüsusilə də, nəzərə alsaq ki, bu sözü saxlayan yeganə dil bölməsi budur. Baskervill, NMW03, Azerifactory, Nicat49, Sefer azeri, White Demon, Eminn və teq etmədiyim başqaları, zəhmət olmazsa, bu məsələyə mövqeyinizi bildirərdiniz. --► Hörmətlə: SolaVirum 16:41, 15 avqust 2019 (UTC)Cavabla
Abidələrin yerləşdiyi əraziyə heç kim buraxılmır. Nekropolun dağıdılması və ya dağıdılmamasını göstərən hansısa konkret fakt yoxdur. Yayılmış videoların saxta olması ilə bağlı Azərbaycan tərəfi məlumat yaymışdı. Ona görə tərəfsizliyi saxlamaq üçün iddia olaraq qeyd etmişdim. Ortaq qərar alınsa məqalənin adının dəyişdirilməsinə qarşı deyiləm. Nekropol qədim Cuğa şəhərinin ərazisində yerləşir. Şəhər ərazisində qala divarları, kafedral kilsə, körpü, çoxlu sayda yaşayış binaları, iri karvansara və türbə də vardır. İnşaatda əsasən qırmızı/çəhrayı tuf daşlarından istifadə olunmuşdur. Türbə xaric (keçən il bərpa adı ilə türbəni yenidən tikiblər) bu iri kompleksə daxil olan bütün abidələrin taleyi haqqında məlumat yoxdur.--sefer azeri 17:47, 15 avqust 2019 (UTC)Cavabla

Prembula redaktə

Adlandırmaya uyğun olaraq prembulada da müvafiq dəyişikliklər edilməlidir. Məqalə iddia haqqında deyil, nekropol haqqında olmalıdır. Bu mübahisə haqqında isə ayrıca bölmədə vermək olar. — Sofy 17:39, 23 iyul 2020 (UTC)Cavabla

Qeydlərinizlə tamamilə razıyam. Yaxın günlərdə müvafiq redaktələri edərəm. Hörmətlə — sefer azeri 19:33, 23 iyul 2020 (UTC)Cavabla

Şəklin autentikliyi redaktə

 

Elə görünür ki, məqalədə istifadə edilən aşağıdakı şəklə xüsusi rəng effekti əlavə edilib. Nekropolun məhv edildiyini nəzərə alsaq, bu şəkil güman ki, 2012-də çəkilməyib. Şəklin orijinalı ilə bağlı qaynaq tapmaq mümkündür? — Contra𓅬💬 20:54, 19 dekabr 2020 (UTC)Cavabla

Hörmətli Sefer azeri, şəklin müəllifi sizsiz deyəsən. Şəklə rəng effektimi əlavə etmisiniz? — Surə 🗯 07:35, 1 yanvar 2021 (UTC)Cavabla
Hər ikinizi salamyaıram. Şəkili yükləməyimin üstündən 10 il keçib və hazırda şəkilin dəqiq mənbəyini xatırlamıram sözün düzü. Dəqiq deyə bilərəm ki, mən şəkil üzərinə heç bir rəng effekti əlavə etməmişəm. 10 il əvvəl şəkili yükləyərkən mənbə olaraq RAA (Research on Armenian Architecture) göstərmişəm. Ehtimal ki, fotonu fondun kitab və ya məqalələrindən birində yayımlayıblar. Qısa axtarış zamanı bu linkdə [1] həmin xaçdaşların oxşar şəklini də tapdım. Bu linkdə foto müəllifinin kultroloq Arqam Ayvazyan olduğu və fotonun 70-80-ci illərə aid olduğu qeyd edilir. Eyni şəkil olduğuna əmin deyiləm. Əgər şübhəli fayl hesab edirsizsə silinməsinə də qarşı deyiləm. Commonsdan mövzu ilə bağlı başqa bir şəkillə əvəz edilə bilər. — sefer azeri 15:04, 1 yanvar 2021 (UTC)HörmətləCavabla
Sefer azeri göstərdiyiniz mənbədəki şəkil eynisidir. Sadəcə sizin şəkli götürdüyünüz mənbə orijinal fayl üzərinə bəzi rəng effektləri əlavə edib. Əgər məsləhət bilirsinizsə şəkli həmin faylla, yəni orijinal versiyası ilə əvəz edək. — Surə 🗯 17:49, 1 yanvar 2021 (UTC)Cavabla
Salam, Sefer azeri. Qaynağı bölüşdüyünüz üçün çox təşəkkür edirəm. — Contra𓅬💬 09:52, 2 yanvar 2021 (UTC)Cavabla
"Cuğa nekropolu" səhifəsinə qayıt.