Məmiş_Abdullayev - Haqqında Məlumat

Məmiş_Abdullayev - Haqqında Məlumat


Mp3 haqqında Məlumat
Mp3 mahnı haqqında ətraflı məlumat əldə edə bilərsiniz
Məmiş_Abdullayev

Məmiş Abdullayev

Məmiş Abdullayev Şahbaz oğluSovet İttifaqı Qəhrəmanı (24.03.1945)

MƏMİŞ ABDULLAYEV
Məmiş Abdullayev Şahbaz oğlu
Doğum tarixi
Doğum yeri SSRİ SSRİ, Azərbaycan SSR, Kürdəmir, Muradxan kəndi
Vəfat tarixi
Vəfat yeri
  • bilinmir
Fəaliyyəti Sovet İttifaqı Qəhrəmanı
Mükafatları Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı ulduz" ordeni "Qırmızı ulduz" ordeni

Həyatı redaktə

Məmiş Abdullayev Şahbaz oğlu 1923-cü ildə Kürdəmir rayonunun Muradxan kəndində dünyaya göz açmış, orta məktəbi qurtardıqdan sonra 1943-cü ilin iyununda hərbi qulluğa getmiş və I Belarus cəbhəsində hərbi əməliyyatlar aparan 48-ci ordu tərkibində olan 339-cu atıcı alayda pulemyotçu olmuşdur.

Serjant Məmiş Abdullayev 1944-cu ilin sentyabrının əvvəlində Polşa ərazisində düşmənə qarşı aparılan döyüşlərdə şəxsi qəhrəmanlıq göstərmiş və döyüşən hərbi hissənin hücumunu təmin etmişdir. Sovet İttifaqı Qəhrəmanı adı 1945-ci ilin 24 martında verilmişdir[1].

İstinadlar redaktə

  1. "Абдуллаев Мамиш Шахбас оглы". 2012-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-15.

Xarici keçidlər redaktə