Patolli - Haqqında Məlumat

Patolli - Haqqında Məlumat


Mp3 haqqında Məlumat
Mp3 mahnı haqqında ətraflı məlumat əldə edə bilərsiniz
Patolli

Patolli və ya patoleAmerika qitəsində məlum olan ən qədim stolüstü oyun. Strategiya və bəxtə əsaslanır. Əsasən zadəganlar tərəfindən oynanılmışdır. Konkistadorlar bildirmişdilər ki, Montezuma sarayında zadəganların patolli oyunlarına baxmaqdan böyük zövq alırdı.

Patolli oyunu.

Patolli və onun variantları Kolumböncəsi Mezoamerikası mədəniyyətində geniş şəkildə oynanılırdı. Tolteklər (750-1000), Çiçen-İtsa sakinləri (1100-1300), asteklər (1168-1521) və digər Mezoamerika xalqları bu oyunu oynamışdırlar. Qədim mayalar da patollinin bir versiyasını oynayırdılar.

Haqqında redaktə

Patolli bəxtə əsaslanan müharibə və yarış oyunudur. Patolli oyunu həm də qumar oyunu sayılır. Oyunçular oyuna başlamazdan öncə qızıl, yemək, evlərini, ailələrini, hətta azadlıqlarını da mərcə qoyurdular. Oyunun əvvəlində oyunçuların mərcə qoyduqları əşyaların sayı bərbər olmalı idi. Çox vaxt bu say 6 olurdu. Lakin bəzən bu say daha çox ola bilərdi. Oyunçular oyundan öncə oyunlar tanrısı olan Makuilxoçitlin adını çəkirdilər.[1]

Oyunda əsas məqsəd 6 oyun daşını xüsusi işarələnmiş damaların ən axırına çatdırmaqdır. Zər kimi 5-6 lobya dənələrindən istifadə olunurdu. Hər lobya dənəsinin bir tərəfi deşilirdi və həmin tərəfin ağ rəngdə görünməsini təmin edirdi. Oyunda daş kimi 6 ədəd qırmızı və 6 ədəd göy çınqıldan istifadə olunurdu. Hər oyunçu bir rəngi idarə edirdi. Oyun taxtası X şəklində olan 52 damalı sistemdən ibarət idi. Oyunun başlanğıcında bütün daşlar kənardadır. Zər atdıqda çıxan saya əsasən oyunçu növbə-növbə daşları daxil edə bilərdi. Mərkəzi hissə kəsişmə sahəsi idi və orada rəqib oyunçunun daşını sıradan çıxarmaq olardı. Bu zaman rəqib yenidən həmin daşı oyuna daxil etməyə məcbur idi. 6 daşı da son damaya gətirən oyunçu qalib gəlirdi və uduzan tərəf bütün xəzinəsini rəqibinə verməyə məcbur olurdu.[2]

Bir kodeksə görə oyun tanrısı Makuilxoçitl də oyun zamanı iştirak edirdi. Oyun stolunda onun üçün xüsusi sahə var idi. Oyunçular mərcə qoyduqları əşyalardan birini ora qoymalı idilər. Qalib tərəf rəqibin xəzinəsini Makuilxoçitlin hədiyyəsi kimi qəbul edirdi.

İspaniya işğalından sonra rahiblər oyunu oynamağı qadağan etdilər, çünki oyun insanların ailələrini qul halına salmasına səbəb olurdu. İspanlar oyunu oynayan şəxslərin əllərini yandırırdılar.

İstinadlar redaktə

  1. Berdan, F.F. & Anawalt, P.R. (1997).The essential Codex Mendoza. University of California Press: California. ISBN 0-520-20454-9
  2. Rees, R. (2006). Understanding people in the past: The Aztecs. Reed Elsevier Inc.: Chicago ISBN 1-403-48749-9 pp. 35

Xarici keçidlər redaktə