Qaralama:Samirə Bağırova
Samirə Bağırova | |
---|---|
"Dendrologiya Bağı" PHŞ İdarə Heyəti sədrinin müavini (İdarə Heyəti sədrinin vəzifəsini icra edən) | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | Azərbaycan Respublikası |
Partiya | Yeni Azərbaycan Partiyası |
Təhsili | Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası |
Dini | islam, şiəlik |
Elmi fəaliyyəti | |
Elm sahəsi | biologiya |
Elmi dərəcəsi | biologiya üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
Tanınır | dendroxronoloq |
Samirə Behbud qızı Bağırova (18 iyun 1981, Bakı şəhəri) — biologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycanda dendroxronologiya sahəsində ilk dendroxronoloqlardan biri və Monoqrafiya kitabının müəllifidir,[1] Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Dendrologiya Bağı" publik hüquqi şəxsin idarə heyətinin sədr müavinidir (İdarə Heyəti sədrinin vəzifəsini icra edən).[2]
Həyatı redaktə
Samirə Bağırova 18 iyun 1981-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Nərimanov rayon 45 nömrəli orta məktəbdə almış, 1998-ci ildə 263 saylı tam orta məktəbin 11-ci sinfini bitirmişdir. 1999-cu ildə Naxçıvan Dövlət Universitetində Biologiya fakültəsi üzrə Biologiya ixtisasına daxil olmuş, 2004-cü ildə həmin fakültəni bitirmişdir. 2004–2007-ci illərdə Naxçıvan Dövlət Universitetinin Biologiya fakültəsinin Botanika ixtisası üzrə magistr təhsili almışdır. II Ali təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsində, Menecment ixtisası üzrə almışdır.
Ailəlidir, 1 övladı var.
Elmi Fəaliyyəti redaktə
2018-ci ildə "Abşeron şəraitində Eucalyptus L’herit. cinsinə aid bəzi növlərin bioekoloji xüsusiyyətləri və dendroxronoloji təhlili" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2021-ci ildə Botanika ixtisasında dosent elmi adı almışdır.[3]
2023-cü ildə elmlər doktoru müdafiəsi üzrə AR ETN Botanika İnstitutunda doktoranturaya qəbul olmuş, "Böyük Qafqazın qərb hissəsinin (Azərbaycan hüdudlarında) meşə ekosistemlərinin eko-dendroxronoloji tədqiqi" mövzusunda dissertasiyası işi üzərində tədqiqatlarını davam etdirir.
ARƏMA-nin Patent və Əmtəə Nişanlarının Ekspertiza Mərkəzi, "Rozmarinin çoxaldılması üsulu" (Patent) İxtirasının İ2023 0014 həmmüəllifidir;[4]
Biologiya fəlsəfə doktoru hazırlığı üzrə 3 dissertantın elmi rəhbəridir.
Əmək Fəaliyyəti redaktə
2002-ci ildə Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən Mərdəkan Dendrarisində ilk əmək fəaliyyətinə başlamışdır. 2005-ci ilədək burada elmi işçi, 2012-ci ildə böyük elmi işçi, 2015-ci ildə aparıcı elmi işçi, 2018-ci ildən "Dendroxronologiya" laboratoriyasının müdiri kimi əmək fəaliyyəti göstərmişdir. 2020-ci ildə AMEA Dendrologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, 2021-ci ildə icraçı direktoru, 2022-ci ildə AR ETN Dendrologiya İnstitutunun baş direktoru vəzifəsində çalışmışdır.
2022-ci ilin avqust ayından etibarən Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Dendrologiya Bağı" publik hüquqi şəxsin idarə heyətinin sədr müavini (İdarə Heyəti sədrinin vəzifəsini icra edən) vəzifəsində çalışır.
İctimai Fəaliyyəti redaktə
2014–2020-ci illərdə "AMEA Dendrologiya İnstitutunun" Gənc Alim və Mütəxəssislər Şurasının sədri olmuşdur.[5]
2020–2022-ci ilədək Azərbaycan Milli Elmlər Akademiyasının Yeni Azərbaycan Partiyası (YAP) ərazi partiya təşkilatının İdarə Heyətinin sədr müavini[6], həmçinin Dövlət İmtahan Mərkəzinin əməkdaşı olmuşdur.
Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin üzvüdür.
Azərbaycan Respublikası Biologiya, Aqrar və Tibb Elmləri üzrə Elmi Tədqiqatların Əlaqələndirilməsi Problem Şurasının "Botanika" və "Bioloji ehtiyatlar" seksiyası üzrə işçi qrupunun üzvüdür.
Gənclərin mükafatlandırılması (Socar) məqsədi ilə keçirilən Mono Qrant müsabiqəsinin qalibidir;
Azərbaycan Elm Fondu, "Əsas Qrant Müsabiqəsi-2022" "Yerli xammal əsaslı Bağ məlhəmi preparatının alınması və tətbiqi" layihəsi üzrə (AEF-MCG-2022–1(42)-12/08/3-M-08 müqaviləyə əsasən) icraçıdır.
Mükafatları redaktə
AMEA-nın elmi və ictimai həyatında səmərəli fəaliyyətinə görə 2 dəfə (2015 və 2021-ci illərdə) AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri Fərmanına layiq görülmüşdür.
Seçilmiş Məqalələri (Elmi əsərləri) redaktə
1. "Современная ландшафтная архитектура Баку". Статья. IV Всесоюзный Научный Конференция "Ландшафтная архитектура в ботанических садах и дедропарках". 2012 стр. 32–35
3. "Tree ring analysis of adaptation of Pinus eldarica in the Absheron Peninsula of Azerbaijan". Abstract. Journal of Environmental Biology. (An international research journal of Environmental Sciences & Texicology). 2015, p. 1–10
6. "Перспективность видов Эвкалипта в условиях Апшерона". Статья. "Ландшафтна Архітектура В Ботанічних Садах І Дендропарках" Украина, 2018, c 147–152
10. "The study of the radial growth of the flora species which do not have special protection on the southern hillsides of Greater Caucasus" article, Direct Research Journal of Agriculture and Food Science, January 2020, ISSN 2354–4147 Vol.8 (1) Article DRJAFS 1907278376, p.21–27 11. "Medicinal importance and economic efficiency of "Monoflor honey" from the flower of Lavsonia inermis L. species in closed conditions" məqalə, The XVIII International Scientific Symposium "The Past and Future of the Turkic Worl Eurasian National University İSBN İnternational Scientific Center Elger Nur-Sultan / Kazakhstan, 25 September 2021, səh. 236–240
14. "Comparative Analysis of Rare and Endangered Plants of Hirkan Dendroflora". Статья. Bulletin of Science and Practice Volume 7 (Т.7.) İssue 1 № 4. 2021 ISSN 2414–2948, AGRES F30. стр. 37–44[7]
Tədqiqatları redaktə
Evkalipt növlərinin Azərbaycanda iqlimləşdirilməsi və dendroxronoloji təhlili (İSBN 978-9952-514-27-7) Bakı,"Elm" 2019 monoqrafiyasının müəllifi,[8]
Azərbaycanda itburnu cinsi növləri təbii və mədəni şəraitdə (İSBN 978-9952-453-62-2) Bakı,"Elm" 2018 kitabının həmmüəllifi,[9]
100-dən çox elmi əsərin (43 xarici, 15 Beynəlxalq xülasələndirmə və indeksləmə (bazalarında) sistemlərində) müəllifidir.[10]
Xarici keçidlər redaktə
4. Dendrologiya İnstitutu: ölkəmizdə yaşlı ağacların qeydiyyatı aparılır və sertifikatlaşdırılır
5. Dendrologiya İnstitutu: ölkəmizdə yaşlı ağacların qeydiyyatı aparılır və sertifikatlaşdırılır 2
6. Bir millət, iki dövlət inancı ilə Azərbaycanda keçirilən konfrans öz işinə başladı
7. AMEA-nın Dendrologiya bağı Korçay Dövlət Təbiət Qoruğu ilə əməkdaşlıq edəcək
8. Bioloq alim Azərbaycan Televiziyasına müsahibə verib
9. Dendrologiya İnstitutunda keçirilən beynəlxalq konfransın bağlanış mərasimi olub
10. Dendrologiya İnstitutunun əməkdaşları Lənkəran-Lerik bölgəsində ekspedisiyada olublar
11. Macarıstanlı alimlər Dendrologiya İnstitutunun laboratoriyaları ilə tanış olublar
12. Səmərqənd Dövlət Universitetinin Botanika bağının direktoru Dendrologiya İnstitutunda olub
13. Yeni Azərbaycan Partiyası AMEA ərazi partiya təşkilatının ilk konfransı keçirilib
14. Yeni nəşrdə itburnu cinsinə aid növlər təhlil edilib
15. Azərbaycan və Belarus botanikləri əməkdaşlıq memorandumu imzalayıblar
16. Azərbaycan və Belarus botanikləri əməkdaşlıq memorandumu imzalayıblar 2
17. Dendroxronologiya laboratoriyasında tədqiqatlar müasir metodlarla həyata keçirilir
İstinadlar redaktə
- ↑ (PDF) https://dendrologiya.az/wp-content/uploads/2021/06/BAGIROVA-SAMIR%C6%8F-pdf.pdf (#bare_url_missing_title).
- ↑ "Struktur | Dendrologiya Bağı". dendrologiya.gov.az. İstifadə tarixi: 2023-12-25.
- ↑ "Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 29.10.2021-ci il tarixli qərarı ilə Bağırova Samirə Behbud qızına biologiya elmləri sahəsində "Botanika" ixtisası üzrə dosent elmi adı verilmişdir". m.facebook.com (ingilis). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
- ↑ "Dendrologiya İnstitutunun əməkdaşları patent alıblar". science.gov.az (az.). 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
- ↑ "Gənc Alim və Mütəxəssislər Şurası". science.gov.az. 2023-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
- ↑ "Yeni Azərbaycan Partiyası AMEA ərazi partiya təşkilatının ilk konfransı keçirilib". science.gov.az (az.). İstifadə tarixi: 2023-12-25.
- ↑ "Hirkan florasına dair məqalə nüfuzlu jurnalda çap olunub". science.gov.az (az.). 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
- ↑ "Evkalipt növlərinin Azərbaycanda iqlimləşdirilməsi və dendroxronoloji təhlili" kitabı çapdan çıxıb". science.gov.az (az.). İstifadə tarixi: 2023-12-25.
- ↑ "Yeni nəşrdə itburnu cinsinə aid növlər təhlil edilib".
- ↑ "Самира Багирова". scholar.google.com. 2023-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.