Rhithropanopeus_harrisii - Haqqında Məlumat

Rhithropanopeus_harrisii - Haqqında Məlumat


Mp3 haqqında Məlumat
Mp3 mahnı haqqında ətraflı məlumat əldə edə bilərsiniz
Rhithropanopeus_harrisii

Rhithropanopeus harrisii

Rhithropanopeus harrisii və ya Zyoydeze yengəci[3][4] — Şimali Amerika materikinin Atlantik okean sahilləsi boyunca Nyu-Brunsvikdən Verakruz sahillərinə qədər[3] yayılmışlar.

Rhithropanopeus harrisii
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Rhithropanopeus harrisii
Beynəlxalq elmi adı

R. harrisii əsasən açıq dəniz sularında yaşayırlar. Bununla belə şirin sulu sahələrdə belə olara rastlamaq mümkündür. Bu yengəclərin maksimum uzunluğu 2–2.5 sm-dir. Zeytuni-yaşıl-qəhvəyi rəngə malikdir. Bəzən qara nöqtələr çanağının üzərini örtə bilir.

Texas və Florida estuarilərində geniş yayılsa da sonradan dünyanın bir çox ərazilərinə yayılmışdır[5] 1937-ci ildə San Fransisko körfəzimnə belə yayılmışlar[6].

R. harrisii Avropada ilk olaraq Hollandiyanın Zyoydeze körfəzində aşkar edilir. Sonradan isə onlar Danimarka, Belçika, Almaniya, Fransa, Polşa, Estoniya, Finlandiya, Rusiya, Portuqaliya, İspaniya, İtaliya, Rumıniya, Bolqarıstan, Qara dənizXəzər dənizi[3][7][8] sahillərində peyda olmuşdur.

Britaniya adalarında isə ilk dəfə Kardiff sahillərində görülmüşdür. Bu canlılar ərazidə 12 ‰ duzluğa malik sularda yaşayır.

Rhithropanopeus harrisi tridentata (Maitland, 1874) redaktə

 

Rhithropanopeus harrisii növünə daxil olan bir yarımnöv. Hollandiya yengəci olaraq da adlandırılır. Maksimal olaraq 2,5 sm uzunluğa malik olurlar[9]. Adətən erkəklər dişilərdən iri olur. Onların əsas fərqi qarın seqmentlərinin formasıdır: dişilərdə, geniş, yuvarlaq, erkəklərdə isə dar və əyri. Rəngləri qonur olsa da bəzən tam qara rəngdə belə ola bilir.

Əsas arealı Hollandiya və Almaniya sahilləri olsa da 1957-ci ildən Xəzər dənizində belə görülmüşdür. Xəzərə Volqa-Don kanalı ilə Azov dənizindən gəlməsi ehtimal edilir. Xəzər mühitinə asanlıqla adaptasiya olunmuş və geniş ərazidə yayılmışdır.

Təbiətdə yosun, kiçik qurdlar və hətta ölü orqanizmlərlə belə qidalanırlar. Bununla da sanitar rolunu oynayırlar.

Əsasən qumlu, qumlu-lilli sahələrdə yaşayırlıar. Qabıq dəyişmə zamanları müdafiyəsiz olduqlarından daha çox dalğalardan qorunan sakit suları üstün tuturlar. Yengəclərin qoyduğu kürülər temperaturdan asılı olaraq ən azı bir ay müddətində inkubasiya dövrü keçir. Bir aydan sonra isə uzunluğu 2–3 mm olana yengəclər müşahidə olunur. Bu canlıları akvarium şəraitində belə saxlamaq mümkündür.

İstinadlar redaktə

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Rodrigues D. S., Fonseca D. B. Individual growth and mortality of Rhithropanopeus harrisii (Decapoda: Panopeidae) in the estuarine region of Patos Lagoon, Southern Brazil (ing.). // Nauplius Sociedade Brasileira de Carcinologia, 2021. Vol. 29. P. e2021001. ISSN 0104-6497; 2358-2936 doi:10.1590/2358-2936E2021001
  3. 1 2 3 C. Mettam, P. F. Clark. "Rhithropanopeus harrisii". Joint Nature Conservation Committee. December 13, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 10, 2009.
  4. "Introduced Crab Parasites Hijack Mud Crab Reproduction in Chesapeake Bay". Smithsonian Environmental Research Center. August 2015. 9 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2017.
  5. Harriet Perry. "Rhithropanopeus harrisii (Gould, 1841)". April 24, 2006. May 11, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 24, 2018.
  6. Dominique G. Roche, Mark E. Torchin. "Established population of the North American Harris mud crab, Rhithropanopeus harrisii (Gould 1841) (Crustacea: Brachyura: Xanthidae) in the Panama Canal" (PDF). Aquatic Invasions. 2 (3). 2007: 155–161. doi:10.3391/ai.2007.2.3.1. 2022-01-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-24.
  7. Joana Projecto-Garcia; Henrique Cabral; Christoph D. Schubart. "High regional differentiation in a North American crab species throughout its native range and invaded European waters: a phylogeographic analysis". Biological Invasions. 12. 2010: 263–263. doi:10.1007/s10530-009-9447-y.
  8. Joanna Hegele-Drywa; Nicolas Thiercelin; Christoph D. Schubart; Monika Normant-Saremba. "Genetic diversity of the non-native crab Rhithropanopeus harrisii (Brachyura: Panopeidae) in the Polish coastal waters− an example of patchy genetic diversity at a small geographic scale". Oceanological and Hydrobiological Studies. 44 (3). 2015: 305–315. doi:10.1015/ohs-2015-0029.
  9. "Hollandiya yengəci (Rhithropanopeus harrisi tridentata (Maitland, 1874))". 2018-09-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-24.

Xarici keçidlər redaktə