Una_Milli_Parkı - Haqqında Məlumat

Una_Milli_Parkı - Haqqında Məlumat


Mp3 haqqında Məlumat
Mp3 mahnı haqqında ətraflı məlumat əldə edə bilərsiniz
Una_Milli_Parkı

Una Milli Parkı (bosn. Nacionalni park Una) — 2008-ci ildə Bosniya və Herseqovinada qurulan milli park. Milli park Bosniya və Herseqovinanın ən yeni qurulan milli parkıdır. Milli parkın içindən keçən və çirklənməyən Una və Unaç çaylarını qorumaq üçün təşkil olunmuşdur.

Una Milli Parkı
bosn. Nacionalni park Una
Milli parkdakı şəlalələr
Milli parkdakı şəlalələr
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 198 km2 ha
Mütləq hündürlüyü 374 m[2]
Yaradılma tarixi 29 may 2008
Faunası 120 növ quş, 12 növ sürünən, 15 növ balıq, 60 növ məməli[1]
Yerləşməsi
44°29′42″ şm. e. 16°08′05″ ş. u.
Ölkə  Bosniya və Herseqovina
Vilayət Bosanska Krayina
Yaxın şəhər Bihaç
nationalpark-una.ba
Una Milli Parkı xəritədə
Una Milli Parkı
Una Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiya redaktə

Milli park Krka çayının mənbəyinin qərb sahili boyunca uzanır. Bosniya və Herseqovinanın Xorvatiya ilə sərhədində Una çayı ilə, Martin Brod şəhəri yaxınlığında isə Unaç çayı ilə birləşir. Milli parkın şərqində, Drvar şəhərinin yaxınlığında Unaç çayı öz kanyonuna daxil olur.

Su hövzələri redaktə

Milli parkdakı şəlalələr diqqət çəkir. Ən məşhur şəlalələr Ştrabaçki şəlalələridir. Milli parkda ziyarətçilər salçılıq, balıqçılıq, velosiped idmanı, yürüyüş ilə məşğul ola bilərlər. Bixaç və Bosanska Krupadakı şəhər körpülərindən də tullanmaq xeyli məşhurluq qazanıb.

Biologiya redaktə

Burada 15 balıq növü, 120 quş növü, adi vaşaq, tülkü, ayı, canavar, qarapaça daxil olmaqla müxtəlif məməli növləri yaşayır.

Milli parkda iki dəstədə (tısbağalar və pulcuqlular) olmaqla 12 sürünən növü yaşayır. Əsas növlər bunlardır: qəhvəyi pulcuqlu kərtənkələ, Velebit kərtənkələsi və çayır gürzəsi. Buradakı sürünənlərin çoxu qitədə geniş yayılmış növlərdir, lakin bəzi istisnalar vardır: Balkan yarımadasında endemik olan şərq çəmənlik kərtənkələsi və Bosniya adi gürzəsi.[3]

Arxeologiya redaktə

Ərazi həm də qədim tarixi ilə seçilir və arxeoloji qazıntı işləri aparılır. Milançeva Kula qəsri, Rmanj monastırı, Kule Vakuf kəndinin yaxınlığındakı Ostroviça qalası, Ostrovaç qalası burada yerləşir.

Qalereya redaktə

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2015-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-16.
  2. GeoNames (ing.). 2005.
  3. "Arxivlənmiş surət". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.