Vikipediya:Bürokrat_statusu - Haqqında Məlumat

Vikipediya:Bürokrat_statusu - Haqqında Məlumat


Mp3 haqqında Məlumat
Mp3 mahnı haqqında ətraflı məlumat əldə edə bilərsiniz
Vikipediya:Bürokrat_statusu

Vikipediya:Bürokrat statusu

Bürokrat statusu — Azərbaycanca Vikipediyada istifadəçilərin etimadını qazanan, ən azı 6 ay müddətində idarəçi vəzifəsini yerinə yetirən və bu müddət ərzində 1000-dən artıq redaktə edən istifadəçiyə (idarəçiyə) verilə bilər.

Bürokrat namizədliyi barədə

Bürokrat Azərbaycandilli Vikipediyanın inzibatçıları arasından seçilir. Bürokrat seçiləcək idarəçinin bu vəzifənin öhdəsindən layiqincə gələcəyi tam əminlik doğurmalıdır. Belə ki, bürokrat statusu idarəçidən daha çox əmək və cavabdehlik tələb edir. Bürokrat da idarəçidir. Fərq təkcə bürokratın aşağıdakı bəzi əlavə texniki işləri yerinə yetirməli olmasındadır:

1. Bürokrat Vikipediya istifadəçisinə inzibatçı və ya bürokrat statusu verə bilər (lakin bu statusları geri ala bilməz).

a). Bürokrat Azərbaycandilli Vikipediyada keçirilən inzibatçı seçkisində lazımi qədər səs toplamış istifadəçiyə idarəçi statusu verməlidir (bürokratın bu statusu geri almaq səlahiyyəti yoxdur).

b). Bürokrat Azərbaycandilli Vikipediyada keçirilən bürokrat seçkisində lazımi qədər səs toplamış idarəçiyə bürokrat statusu verməlidir (bürokratın bu statusu geri almaq səlahiyyəti yoxdur).

2. Bürokrat Vikipediya istifadəçisinə bot statusu verə bilər

a). Bürokrat Azərbaycandilli Vikipediyada keçirilən bot seçkisində lazımi qədər səs toplamış istifadəçiyə bot statusu verməlidir (bürokrat bu statusu geri ala bilər).

3. Bürokrat istifadəçinin istifadəçi adını onun xahişi ilə və ya məcburi dəyişə bilər.

a). Bürokrat qeydiyyatdan keçmiş istifadəçinin adını istifadəçinin öz xahişi ilə (İstifadəçi adı dəyişdirmək prinsipinə uyğun olaraq) və ya səsvermə nəticəsində (istifadəçi adında söyüş, təhqir, nalayiq söz olduğu təqdirdə) dəyişə bilər.

Bürokrat statusu üçün müraciət bürokrat vəzifəsini öz öhdəsinə götürməyə hazır olan istifadəçinin (idarəçinin) özü tərəfindən və ya digər istifadəçilər tərəfindən edilə bilər. Bürokrat seçkisində lazımi qədər səs toplamış istifadəçiyə (idarəçiyə) bürokrat statusu seçkidən sonra digər bürokrat və ya stüard tərəfindən verilməlidir. Bürokratlığa namizədliyi irəli sürülmüş istifadəçi (idarəçi) seçkidə iştirak edə və səs verə bilər.

Bürokratların seçilmə qaydası

Bürokratların seçilməsi inzibatçıların və bürokratların seçilməsi qaydalarına əsasən həyata keçirilir.

Həmçinin bax