Vikipediya:Məqalə_adları - Haqqında Məlumat

Vikipediya:Məqalə_adları - Haqqında Məlumat


Mp3 haqqında Məlumat
Mp3 mahnı haqqında ətraflı məlumat əldə edə bilərsiniz
Vikipediya:Məqalə_adları

Vikipediya:Məqalə adları

Qısa keçid-yönləndirmə
  • VP:MA

Məqalə adı Vikipediyadakı məqalələrin məzmunu üzərində göstərilmiş böyük başlıqdır. Bu başlıq səhifənin adı və URL üçün əsas rol oynayır. Məqalənin adı onun nəyə aid olduğunu göstərir və onu digər məqalələrdən fərqləndirir.

Məqalə adı olaraq yanlız məqalənin mövzusunun adı seçilə bilər. Əgər məqalə mövzusunun adı yoxdursa, başlıq mövzunun təsviri də ola bilər. İki məqalə heç vaxt eyni adda ola bilmədiyi üçün bəzən addan sonra mötərizə daxilində fərqləndirici məlumatlar da əlavə etmək lazım gəlir.

Məqalə adları mövzunun etibarlı mənbələrdə necə adlandırıldığına əsaslanır. Mənbələrdə bir çox adın təklif olunduğu halda redaktorlar bir neçə prinsipi nəzərdən keçirərək seçim edirlər. İdeal məqalə adı mövzunu dəqiq müəyyənləşdirməli, qısa, təbii, fərqlənən və tanınan olmalı və oxşar məqalələrin adlarına bənzəməlidir.

Bu səhifə kateqoriyalar kimi digər ad fəzalarındakı səhifələrin deyil, sadəcə məqalə adlarının seçilməsində əsas götürülən mülahizələri ətraflı izah edir.

Məqalənin adı bəzi səbəblərdən dəyişdirilə bilər. Səhifənin adının dəyişdirilməsi prosedurları haqqında məlumat üçün Vikipediya:Səhifənin adını dəyişdirməkVikipediya:Addəyişdiricilərə müraciət səhifələrinə baxın.

Məqalə adının seçilməsi redaktə

Məqalə adları Azərbaycan dilindəki etibarlı mənbələrin məqalənin mövzusuna necə istinad etdiyinə əsaslanır. Bir məqalə üçün çox vaxt birdən çox uyğun ad mövcud olur. Bu kimi hallarda redaktorlar bu səhifədə izah edilən mülahizələrə əsasən əldə edilən konsensus əsasında ən uyğun adı seçirlər. Yaxşı məqalə adı aşağıdakı beş xüsusiyyətə malikdir:

  • Tanınan – Ad mövzunun mütləq mütəxəssisi olmasa da, mövzu ilə tanış olan istənilən şəxs tərəfindən tanınan təsviridir.
  • Təbii – Ad oxucuların axtardığı və redaktorların digər məqalələrdən müvafiq məqaləyə keçid verərkən istifadə edəcəyi addır. Belə bir ad üzmumiyyətlə mövzunun Azərbaycan dilində nə adlandırıldığını ifadə edir.
  • Dəqiq – Ad məqalənin mövzusunu birmənalı olaraq müəyyənləşdirir və digər mövzulardan fərqləndirir.
  • Qısa – Ad məqalənin mövzusunu müəyyənləşdirmək və digər mövzulardan ayırmaq üçün kifayət edəcək qədər yığcamdır.
  • Ardıcıl – Ad oxşar məqalələrin adlarına uyğundur.

Ancaq bəzi hallarda seçim o qədər də aydın olmur. Belə ki, bəzi hallarda bu hədəflərdən birini və ya bir neçəsini digərlərindən üstün tutmaq lazım olur. Belə situasiya yarandıqda məqalə adı ilə bağlı ümumi konsensus əldə edilməlidir. Məsələn, tanınan, təbii və qısa Birləşmiş Krallıq ifadəsi, daha dəqiq olan Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı ifadəsindən daha doğru ad seçimidir.

Tanınmış adlardan istifadə edin redaktə

Qısa keçid-yönləndirmə 
  • VP:TANINMIŞAD

Vikipediyada məqalə adı məqalənin mövzusunu təsvir edən təbii dildə söz və ya ifadədədən ibarətdir. Bəzi mövzuların birdən çox adının mövcud olması müvafiq məqalənin adı ilə bağlı fikir ayrılığına səbəb ola bilər. Vikipediya məqalə adı kimi mütləq olaraq mövzunun "rəsmi" adını istifadə etmir və ən çox istifadə olunan ada üstünlük verir. Bu zaman mövzunun Azərbaycan dilində olan müstəqil, etibarlı mənbələrin əhəmiyyətli bir hissəsində necə adlandırılmasına önəm verilir. Belə adlar adətən yuxarıda sadalanan beş meyara ən yaxşı uyğun gələni olur. Qeyd olunan mənbələr tərəfindən mövzu üçün açıq şəkildə ən çox istifadə olunan vahid, aşkar ad mövcud olmadıqda, redaktorlar yuxarıdakı meyarları nəzərə alaraq hansı adın daha yaxşı olduğuna dair konsensus əldə etməlidirlər.

Bir neçə alternativ addan hansının daha çox istifadə edildiyini müəyyən edərkən əsas beynəlxalq təşkilatlara, Azərbaycan dilindəki əsas media orqanlarına, keyfiyyətli ensiklopediyalara, coğrafi ad serverlərinə, əsas elmi qurumlara və görkəmli elmi jurnallara istinad etmək tövsiyə olunur. Bu məlumatı toplamağa Axtarış sistemi kömək edə bilər. Axtarış sistemindən istifadə edərkən nəticələri Azərbaycan dilində yazılmış səhifələrlə məhdudlaşdırın və "Vikipediya" sözünü istisna edin. Google-dan istifadə edərkən Google BooksNews Archive xidmətlərindən istifadə etməniz tövsiyə olunur, çünki bu platformalar özlərində etibarlı mənbələri cəmləşdirir.[1]

Dəyişmiş ad redaktə

Bəzən məqalənin mövzusu ad dəyişikliyinə məruz qalır. Bu hal baş verdikdə, ad dəyişikliyindən sonra yazılmış Azərbaycan dilindəki müstəqil, etibarlı mənbələrə əhəmiyyət verilir. Dəyişiklik elan edildikdən sonra yazılan etibarlı mənbələr müntəzəm olaraq yeni addan istifadə edərsə, Vikipediya da buna əməl etməli və müvafiq ad dəyişdirilməlidir. Digər tərəfdən, ad dəyişikliyi elan edildikdən sonra yazılmış etibarlı mənbələr əvvəlki addan istifadə etməyə davam edərsə, Vikipediya da yuxarıdakı "Tanınmış adlardan istifadə edin" bölməsində qeyd olunduğu kimi bunu davam etdirməlidir.

Məqalə adlarında neytrallıq redaktə

Qısa keçid-yönləndirmə 
  • VP:NEYTRALAD

Çox vaxt məqalə adının Vikipediyanın Neytral mövqe siyasətinə uyğun olub-olmaması ilə bağlı mübahisələr yaranır. Bu cür mübahisələrin həlli məqalənin adının etibarlı mənbələrdə qeyd olunmuş ad və ya Vikipediya redaktorları tərəfindən yaradılmış təsviri ad olmasından asılıdır.

Neytral olmayan, lakin tanınmış adlar redaktə

Məqalənin mövzusuna Azərbaycan dilindəki mənbələrin əhəmiyyətli bir hissəsində hər hansı vahid, ümumi adla istinad edildikdə, Vikipediya da bu mənbələri izləyir və məqalənin adı kimi həmin addan istifadə edir. Bəzən bu ad, Vikipediyanın adətən çəkindiyi neytral olmayan sözləri ehtiva edir. (Məsələn: Böyük Tamara). Belə hallarda adın geniş istifadəsi və ya verilmiş təsvirin faktiki olaraq xüsusi ada çevrilməsi "tanınmış adlardan istifadə" şərtini ödədiyi üçün Vikipediya müvafiq ada üstünlük verir.

Dəqiqlik redaktə

Qısa keçid-yönləndirmə 
  • VP:DƏQİQLİK

Adlar adətən məqalənin aktual dairəsini birmənalı şəkildə müəyyən etsə də, kifayət edəcək dərəcədən daha dəqiq olmamalıdır. Məsələn, Müqəddəs Tereza haqqındakı məqalənin "Kəlküttəli Müqəddəs Tereza" adlandırılmasına və mövzunun bu qədər dəqiqləşdirilməsinə ehtiyac yoxdur, çünki "Ana Tereza" adı eyni mövzunu təsvir etmək üçün kifayət qədər dəqiqdir. Digər tərəfdən isə, "Horovits" məşhur klassik pianoçu Vladimir Horovitsi birmənalı şəkildə təsvir etmək üçün kifayət qədər dəqiq deyil.

Bəzən məqalə üçün təyin edilmiş ad başqa mənalar daşıya və buna görə də artıq başqa məqalələr üçün istifadə edilmiş ola bilər. Bu kimi hallarda məqalənin adını dəqiqləşdirmək üçün mötərizə daxilində fərqləndirici məlumat verilməsinə zəruriyyət yaranır. Məqalənin mövzusunu digərindən ayırmaq üçün daha ətraflı ad lazım olduqda dəqiqləşdirilmə üçün verilmiş məlumat yuxarıda qeyd olunmuş dəqiqlik meyarına uyğun olaraq kifayət edəcək qədər qısa və konkret olmalıdır. Məsələn, məqaləyə "Çay (coğrafi termin)" adını vermək lazımsız olardı, çünki "Çay (coğrafiya)" adı bu termini Çay bitkisindən ayırmaq üçün kifayət qədər dəqiqdir.

Alternativ adlar redaktə

Qısa keçid-yönləndirmə 
  • VP:DİGƏRADLAR

Vikipediyanın proqram təminatının dizaynına görə məqalənin yalnız bir adı ola bilər. Əgər mövzu üçün əhəmiyyətli bir və ya iki alternativ ad mövcuddursa, bu adlar məqalədə, adətən birinci cümlədə və ya paraqrafda qeyd edilməlidir. Əgər mövzu ilə əlaqədar üç və ya daha çox alternativ ad varsa, alternativ yazılış formaları, daha uzun və ya daha qısa formalar, tarixi adlar və digər dillərdəki əhəmiyyətli versiyalar üçün ayrıca bölmənin yaradılması və bu adlar haqqında orada məlumat verilməsi tövsiyə olunur. Alternativ ad hər hansı kontekstdə məqalənin adı kimi istifadə edilmiş addan daha uyğun olarsa, müvafiq adlandırma məqalə mətnində də istifadə oluna bilər. Məsələn, indi Qdansk adlanan şəhər bu ad daha çox uyğun gələn tarixi kontekstlərdə Dansiq kimi adlandırılır.

Müəyyən bir məqaləyə aid olan bütün əhəmiyyətli alternativ adlar və adın bütün mövcud formaları müvafiq məqaləyə yönləndirilməlidir.

Adın formatı redaktə

Qısa keçid-yönləndirmə 
  • VP:ADFORMATI
  • VP:BÖYÜKHƏRF
  • VP:TƏKDƏ
  • VP:ABREVİATURAYOX
  • VP:İSİM
  • VP:ALTMƏQALƏ
  • VP:SİMVOLLAR

Böyük hərf redaktə

Məqalə adları birmənalı olaraq həmişə böyük hərflə yazılır. Unutmayın ki, müvafiq məqaləyə keçid verilərkən adın kiçik və ya böyük hərflə yazılması heç bir fərq yaratmır.

Tək formadan istifadə edin redaktə

Məqalə adları tək halda olmalıdır. Nümunə üçün: Telefonlar yox, Telefon. İstisnalar arasında Ərəb rəqəmləri və ya Bantu dilləri kimi sinifləri bildirən adlandırmalar var.

Abreviaturlardan çəkinin redaktə

Məqalə adı olaraq mövzuya aid abreviaturdan istifadə etməkdən qaçınılmalıdır. Mövzunun əsasən abrevatura ilə tanındığı və qısaltmaların mövzu ilə əlaqəli olduğu hallar istisnadır. (məs. NATO, Lazer). Qısaltmalar adı aydınlaşdırmaq məqsədi ilə mötərizə daxilində istifadə edilə bilər.

İsimlərdən istifadə edin redaktə

Məqalə adı olaraq isimlərəsöz birləşmələrinə üstünlük verilir. Əsas istisna halı əsər adları (hekayə, kitab, film, serial və s.) təşkil edir. Məsələn, "Onu bağışlamaq olarmı?"

Alt məqalələr yaratmayın redaktə

Məqalədə verilmiş mövzu haqqında daha geniş həcmli məlumat vermək məqsədi ilə ayrı məqalə yaradılsa belə yeni məqaləyə müvafiq məqalənin alt məqaləsiymiş kimi ad verilməməlidir. Məsələn, Azərbaycandakı nəqliyyat haqqında yaradılmış məqalənin adı "Azərbaycan/Nəqliyyat" və ya "Azərbaycan (Nəqliyyat)" deyil, "Azərbaycanda nəqliyyat" formasında olmalıdır.

Simvollardan istifadə etməyin redaktə

MediaViki-nin adları saxlamaq və uyğunlaşdırmaq üsulları ilə bağlı olaraq səhifə adlarında müəyyən simvolların istifadəsi üçün texniki məhdudiyyətlər mövcuddur. Məqalə adlarında bu simvollar ümumiyyətlə istifadə edilə bilməz: # < > [ ] | { } _

Bütün digər Unicode simvollarının məqalə adlarında istifadəsi texniki olaraq mümkündür. Bununla belə, bəzi simvolların istifadəsi yenə də tövsiyə olunmur:

  • Standart klaviaturada olmayan simvollar: Bəzən məqalə üçün ən uyğun adda yerli dilə və ya əlifbaya məxsus olan və əksər klaviaturalarda tapılmayan simvollar mövcud olur. Bu hal məqalənin axtarışını və ya məqaləyə başqa səhifədən keçid verilməsini çətinləşdirir. Belə hallarda əsas məqaləyə yalnız standart klaviatura simvollarından istifadə edən bənzər ad versiyasından yönləndirmə vermək lazımdır. Bununla belə, yazılışı çətin olan və addakı digər simvollara müdaxilə edən mürəkkəb işarələrin istifadəsindən çəkinin.
  • Dırnaq işarələri: Məqalə adında istənilən növ dırnaq işarəsinin istifadəsinidən qaçınılmalıdır. İstisna halı mükafat adları təşkil edir ("Şöhrət" ordeni )
  • Apostrof işarəsi: Eynilə, apostrof işarəsinin varinatları da məqalə adlarında istifadə edilməməlidir. Ümumi istisna sadə apostrof simvolunun (') istifadəsidir. (məsələn: Kot-d'İvuar) Lakin bu simvoldan da yanlız rəsmi adlandırmada və ya yaygın adda mövcud olduğu zaman istifadə edilməli, əgər adın başqa versiyaları mövcuddursa, apostrofun istifadə edilmədiyi adlandırılmaya üstünlük verilməlidir.
  • Məqalə adında reklam və ya loqolarda mövcud olan "♥" kimi simvollardan da istifadə edilməməlidir.

Kursiv redaktə

Azərbaycan Vikipediyada transliterasiya edilməmiş, orijinal dildə olduğu kimi saxlanılmış məqalə adları məqalənin başlığında və mətnində kursivlə (Italic) yazılmalıdır.

Səhifənin faktiki (saxlanmış) adı texniki səbəblərdən kursivlə yazıla bilməz. Ad və ya onun bir hissəsini kursivlə yazmaq üçün {{Başlıq kursivlə}} şablonundan istifadə edilir.

Adın dəyişdirilməsi redaktə

Qısa keçid-yönləndirmə 
  • VP:ADIDƏYİŞ

Mübahisəli məqalə adının konsensusun əldə edildiyi hər hansı müzakirə aparılmadan dəyişdirilməsi qəti şəkildə tövsiyə edilmir. Əgər məqalənin adı uzun müddətdir sabitdirsə və onu dəyişdirmək üçün heç bir əsaslı səbəb yoxdursa, ad dəyişdirilməməlidir. Redaktorlar arasında konsensus adın dəyişdirilməsi üçün yaxşı səbəbin olub-olmadığını müəyyən edir. Əgər o, məqalənin adı heç vaxt sabit olmayıbsa və ya uzun müddət qeyri-sabit olubsa və başlığın nə olması barədə konsensus əldə olunmayıbsa, məqalə yaradılarkən ona təyin olunmuş ilkin ad əsas götürülür.

Adın dəyişdirilməsi ilə bağlı hər hansı təklif Vikipediya:Tələb edilən hərəkətlər saytında elan edilməli və hər hansı dəyişiklik edilməzdən əvvəl konsensus əldə edilməlidir. Bununla belə, mübahisəli adların müzakirə edilməsi çox vaxt səmərəsiz olur və Vikipediyaya töhfə vermək üçün üçün bir çox başqa yollar var.

Yadda saxlayın ki, adın doğru seçim olması onun mənəvi və ya siyasi mənada "doğru" olub-olmamasından asılı deyil. Eləcə də hər hansı bir məqalənin adı üçün istifadə edilmiş ifadənin bütün əlaqəli məqalələrin adında da istifadə edilməsinə ehtiyac yoxdur. Məsələn, Vikipediyada Volqoqrad şəhəri haqqındakı məqalə "Volqoqrad" adlandırıldığı halda, həmin şəhərdə baş vermiş döyüş şəhərin əvvəlki adı ilə Stalinqrad döyüşü adlandırılmışdır.

Məqalələrin adlarına konsensusla qərar verilsə də, istifadəçilər tərəfindən heç bir mənbədə göstərilməmiş yeni adlar yaradılmamalı və ya zidd nöqteyi-nəzərlər arasında güzəşt vasitəsi kimi son dərəcə qeyri-adi adlardan istifadə edilməməlidir.

Qeydlər redaktə

  1. Google Books-da axtarış zamanı BooksLLC-dən olan işləri istisna edin. Bunun üçün axtarışa -inauthor:"Books, LLC" kodunu əlavə etməlisiniz.