Vikipediya:Səhifələrin_qismən_mühafizəsi - Haqqında Məlumat

Vikipediya:Səhifələrin_qismən_mühafizəsi - Haqqında Məlumat


Mp3 haqqında Məlumat
Mp3 mahnı haqqında ətraflı məlumat əldə edə bilərsiniz
Vikipediya:Səhifələrin_qismən_mühafizəsi

Vikipediya:Səhifələrin qismən mühafizəsi

Qısa keçid-yönləndirmə
  • VP:SQM

Qayda səsvermə nəticəsində qəbul edilib.

  • Səsvermə müddəti: 9 sentyabr - 24 sentyabr
  • Qüvvədədir: 24 sentyabrdan

Qismən mühafizə olunmuş səhifələri yalnız avtotəstiqlənmiştəsdiqlənmiş istifadəçilər redaktə edə bilər.

Qabaqlayıcı tədbir görülməsi məqsədilə vandalizmə uğraya bilinəcək, yaxud güncəl hadisələrlə bağlı oxucuların daha çox diqqət mərkəzində olan səhifələrə qismən mühafizə tətbiq olunmamalıdır. Həmçinin qismən mühafizə bütün istifadəçilərin deyil, yalnız bir qrup istifadəçinin fəaliyyətini məhdudlaşdırdığına görə, onu redaktə müharibəsinin qarşısını almaq məqsədilə də tətbiq etmək olmaz. Qismən mühafizə yalnız ciddi vandalizm hallarında tətbiq oluna bilər.

İdarəçilər üçün qeyd: Səhifənin qismən mühafizəsi yalnız vandalizmlə mübarizə üçün başqa yol qalmadıqda tətbiq edilir.

Başqa sözlə, səhifənin tam mühafizəsi kimi, qismən mühafizəyə də qabaqlayıcı tədbir kimi baxmaq lazım deyil. Statik IP-ünvanlı bir, yaxud iki vandalın səhifəyə müdaxilə etdiyi hallarda məqaləni qismən mühafizəyə almaqdansa, vandalları bloklamaq daha düzgün qərardır. Çünki bu şəraitdə səhifənin qismən mühafizəsi vandalların daha da hirslənib özündən çıxmalarına səbəb ola bilər. Vandalların IP ünvanları bloklandığı halda səhifənin qismən mühafizə olunmasını aradan qaldırmağı unutmayın!

Səhifənin qismən mühafizə olunmasını aradan qaldırmaq üçün ya məqalənin müzakirə səhifəsində, yaxud da Vikipediya:Mühafizənin götürülməsi səhifəsində müraciət etmək lazımdır. Ümumiyyətlə, səhifənin qismən mühafizəsi haqqında müraciətə ehtiyac yoxdur. Çünki idarəçilər bu cür vasitədən yalnız səhifənin müxtəlif IP-ünvanlardan olunan vandalizmdən müdafiə etmək üçün istifadə edirlər.

Səhifənin qismən mühafizə olunması nə zaman tətbiq edilməməlidir?

Səhifənin qismən mühafizəsi anonim vandalizmin qarşısı almaqla bərabər digər istifadəçilərin səhifədə redaktə etməsinə mane olmamaq üçün tətbiq edilir.

  • Qismən mühafizə ümumiyyətlə anonim istifadəçilərin redaktə etməsinin qarşısını almaq üçün tətbiq edilməməlidir. Qismən mühafizə həmçinin səhifədə elə birinci adi vandalizmin baş verməsi hallarından dərhal sonra tətbiq edilməməlidir.
  • Qabaqlayıcı tədbir görülməsi məqsədilə vandalizmə uğraya bilinəcək səhifələrə qismən mühafizə olunma tətbiq edilməməlidir. Bura həmçinin, mühafizə olunmasına demək olar ki, heç vaxt ehtiyac olmayan, əvəzində isə stabil variantı təyin olunan seçilmiş məqalələr də daxildir.

Xüsusi hallar istisna olmaqla, müzakirə səhifələri adətən mühafizə olunmur.

Həmçinin bax