Xəzri_(külək) - Haqqında Məlumat

Xəzri_(külək) - Haqqında Məlumat


Mp3 haqqında Məlumat
Mp3 mahnı haqqında ətraflı məlumat əldə edə bilərsiniz
Xəzri_(külək)

Xəzri və ya Bakı norduAbşeron yarımadasında və onun ətraf zonasında əsən güclü şimal küləyi.[1]

Xarakteristikası redaktə

Xəzri küləyinin sürəti 10 m/san-dən çox olur, bəzən 40–42 m/san-yə çatır. Adətən, 1-3 sutka, bəzən bir həftəyədək davam edir. İldə 100 dəfəyədək təkrarlanır.

Qüvvətli xəzri təsərrüfat fəaliyyətini pozur, dənizdə iri dalğalar (hünd. 10–11 m-dək), güclü axınlar yaradır, dəniz nəqliyyatına və hidrotexniki qurğulara zərər verir. Xəzri havanı kəskin dəyişdirir. Qışda havanı soyudur, bəzən çoxlu qar yağmasına, çovğuna səbəb olur, yayda havanı xeyli sərinlədir, hərdənbir yağıntı gətirir. Xəzri zamanı BakıSumqayıt şəhərlərinin havası zərərli qaztüstüdən təmizlənir. Xəzri böyük külək enerjisinə malikdir.[2]

Həmçinin bax redaktə

Xarici keçid redaktə

KÜLƏKLƏR

İstinadlar redaktə

  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008
  2. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.