Nəsrin Cavadzadə hamını bəlaya saldı - Oxu

Nəsrin Cavadzadə hamını bəlaya saldı

Nəsrin Cavadzadə hamını bəlaya saldı

"FOX"un reytinqlərdə ilk sırada yer alan serialı "Yasak elma"nın ötən mövsüm çəkilişlərində yaşanan qalmaqal ortaya çıxıb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, ekran işinin ssenarisində azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin ayrılma qərarı alması ilə dəyişiklik edilib. Bildirilib ki, Nəsrin yaşanan gərginliyin ardından çəkiliş meydançasını tərk edib, daha sonra həkimdən arayış alaraq telefonlara cavab verməyib. Prodüserin telefonuna cavab verməyən aktrisa bölümün tamamlanmasını riskə atıb. Bu səbəbdən bölümə cənazə səhnəsi əlavə edilib.

Bu hadisədən sonra ekran işində yer alan aktyorların müqavilələrinə ayrıca bənd əlavə edilib. Bəndə əsasən, aktyorlar müəyyən edilmiş proqrama uyğun olaraq tam dövlət xəstəxanasından alınan həkim arayışı ilə sübut edilən xəstəlik, anası və ya atasının, həyat yoldaşının, bacısının, övladının vəfatı və məhkəmə orqanlarının məcburi çağırışları və dəvətləri xaricində bir səbəbdən rolu bitmədən çəkiliş meydançasını tərk edərsə, bu vəziyyət rejissor, rejissor köməkçisi, quruluşçu nəzarətçi və icraçı prodüser tərəfindən hesabata alınacaq.

Bu halda aktyor məsuliyyət daşıdığı üçün çəkilişi tərk etdiyi gün müqabilində prodüserə 10 bölümlük qazancı qədər cəzanı ödəmək məcburiyyətindədir.

Bundan başqa aktyor, işinə xələl gətirəcək bütün müqavilə öhdəliklərinin pozulmasına görə ümumilikdə 750 min lirə cərimə ödəməlidir.

Qeyd edək ki, N.Cavadzadə hazırda "Üç kürüş" serialında Bahar obrazını canlandırır.


Baxılıb: 3350   Tarix: 23 noyabr 2021

<< Geri
Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Bedava mp3 indir, Mobil mp3 indir, Cep mp3 indir, Mp3 dinle yükle, Şarkı indir, Albüm indir, Cepten müzik indir, Wap mp3 indir, Yeni mp3 indir, Müzik dinle, En yeni mp3ler, video indir, video yukle, mp3 yukle, mp3 axtar, video downloader, video search, video down, mp3 search, songs, yuklemeler, kinolar, seriallar, wikipedia, Yeni cixan mahnilar, Turk mahnilar, zor mahnilar 2021, xarici mahnilar 2021 bass, metbex

Saytda 106 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021