"Vicdanım rahatdır" – Mətanət İsgəndərli - Oxu

"Vicdanım rahatdır" – Mətanət İsgəndərli

"Vicdanım rahatdır" – Mətanət İsgəndərli

Əməkdar artist Mətanət İsgəndərli "Qonağım ol" layihəsində iştirak edib.

OLAY yazır ki, aparıcının suallarını cavablandıran sənətçi nəvələrinin anası ilə görüşdüyünü bildirib:

"19 gün reanimasiyada olanda deyirdim ki, Allahım, heç nə istəmirəm. O üç uşağı mənə versinlər, gedim ucqar bir kənddə yaşayım. Ancaq onu arzulayırdım. Şükür ki, sağ-salamat balalarımın yanındayam. Anaları nə vaxt istəyir, gəlib aparır. Uşaqlar ürəyi istəyəndə gedirlər. Həyatda məcbur heç nə yoxdur, dayanmaz, ağlayıb özünü öldürər, fikir edər. Uşaqlar çox həssas olurlar. Yanımda özlərini o qədər xoşbəxt sayırlar ki, evə girəndə üzümdən öpürlər, belimə tullanırlar, sevinirlər. Həmişə taleyə, qismətə inanmışam. Həyat bir imtahandır, çalışıb üzüağ çıxmaq lazımdır. Gərək vicdansızlıq etməyəsən, vicdan əzabından pis heç nə yoxdur. Bilirəm ki, vicdanım rahatdır. Çünki heç kəsə vicdansızlıq etmərəm. Əlimin duzu yoxdur, elə adam var ki, nankordur. Dünyanı ona ver, deyəcək ki, mənim üçün nə etmisən? Ölümlə üzbəüz idim. Heç nədən qorxmurdum, sadəcə əziyyətlə, boğulmaqla ölmək istəmirdim".

Qeyd edək ki, Əməkdar artistin oğlu Kərim və gəlini Canana aylar öncə ayrılıb. Onların qəyyumluq məhkəməsi də bir müddət əvvəl başa çatıb. Hakim uşaqların atada qalması qərarını verib.


Baxılıb: 2283   Tarix: 23 noyabr 2021

<< Geri
Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Allah anlayışı, Allahın 99 adı, Din anlayışı, Quran haqqında, Secde haqqında, Iman anlayışı, Islam haqqında, Namaz haqqında, Oruc haqqında, Qiyamet haqqında, Resullar haqqında, Şehadet anlayışı, Hecc haqqında, Diriliş haqqında, Rukun haqqında, Ihsan haqqında, Meişet duaları, Feyyaz duası, Ferec duası, Ayetul duası, Olum haqqında, Qebir haqqında, Berzex anlayishi, Qebrden qalxmaq, Emel hesablama, Sirat korpusu, Behişt haqqında Sevgi Dunyasi, Islam Dini, Letifeler, Dahilerin Sozleri, Maraqli Hadiseler, Burcler Haqqinda, Vetenim, Toy Merasimi, Maraqli Hekayeler, Maraqli Melumatlar, Insanlari Tani

Saytda 60 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021