Yaşlı qadın özü-özünü əməliyyat etdi - FOTO - Oxu

Yaşlı qadın özü-özünü əməliyyat etdi - FOTO

Yaşlı qadın özü-özünü əməliyyat etdi - FOTO

Rusiyada qəribə hadisə baş verib. Belə ki, Leninqrad vilayətinin Vıborq şəhərində onkoloji xəstə olan yaşlı qadın ümidsiz vəziyyətdə özünü əməliyyat edib: toplanan mayenin çıxması üçün qarın boşluğunu bıçaqla kəsib.

Tatli.Biz Oxu.az-a istinadən xəbər verir ki, qadın bundan əvvəl hər ehtimala qarşı, ölümqabağı məktub da yazıb.

Hadisə ilə bağlı Rusiyada "Evə hospis" ("Xospis na domu") tibb müəssisəsinin rəhbəri Yekaterina Ovsyannikova danışıb.

Onun sözlərinə görə, xərçəngə görə qadının qarın boşluğuna su toplanıb – astsit yaranıb. Bu cür fəsad zamanı yerimək, uzanmaq olmur, nəfəs almaq çətinləşir.

Təqaüdçü qadın vaxtında yardım ala bilmədiyindən, özü qarının ön divarı boyunca nazik bıçaqla kəsiklər edərək cərrahi müdaxilə - laparosentez qərarına gəlib. Bundan əvvəl isə hər ehtimala əməliyyatı özünün etdiyinə dair məktub yazıb.

Tibb işçisi qadının necə tapıldığı barədə məlumat verməyib. Ancaq onun sözlərinə görə, Viborq sakininin həyatını xilas etmək mümkün olub, o, hazırda xəstəxanadadır.

Yaşlı qadın özü-özünü əməliyyat etdi - FOTO


Baxılıb: 1660   Tarix: 23 noyabr 2021

<< Geri
Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Allah anlayışı, Allahın 99 adı, Din anlayışı, Quran haqqında, Secde haqqında, Iman anlayışı, Islam haqqında, Namaz haqqında, Oruc haqqında, Qiyamet haqqında, Resullar haqqında, Şehadet anlayışı, Hecc haqqında, Diriliş haqqında, Rukun haqqında, Ihsan haqqında, Meişet duaları, Feyyaz duası, Ferec duası, Ayetul duası, Olum haqqında, Qebir haqqında, Berzex anlayishi, Qebrden qalxmaq, Emel hesablama, Sirat korpusu, Behişt haqqında Sevgi Dunyasi, Islam Dini, Letifeler, Dahilerin Sozleri, Maraqli Hadiseler, Burcler Haqqinda, Vetenim, Toy Merasimi, Maraqli Hekayeler, Maraqli Melumatlar, Insanlari Tani

Saytda 180 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021