Qaragiləyə bənzəyən qara yemişanın bu faydasını bilirdiniz? - Oxu

Qaragiləyə bənzəyən qara yemişanın bu faydasını bilirdiniz?

Qaragiləyə bənzəyən qara yemişanın bu faydasını bilirdiniz?

Qaragiləyə bənzəyən qara yemişan bitkisi haqqında bir çoxları eşidib, lakin onun sirkəsinin faydaları haqqında az adam məlumatlıdır.

Tatli.Biz xəbər verir ki, bu barədə həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu özünün "İnstagram" səhifəsində paylaşım edib.

O bildirib ki, bu bitki ürək-damar xəstəliyi və ürək damarlarında stendləri olanlar üçün çox faydalıdır.

Həkim qara yemişandan hazırlanan sirkənin istifadə qaydasını təqdim edib:

"Qara yemişandan 3-5 kiloqram alıb sirkəsini hazırlayın. Yemişan sirkəsi də üzüm və ya alma sirkəsi kimi hazırlanılır. Yemişan sirkəsindən 1 xörək qaşığı 1 stəkan suya qarışdırıb gündə 2 dəfə yeməkdən 2 saat sonra içmək lazımdır. Uzun müddət içmək olar, heç bir əks təsiri yoxdur, yalnız mədəsində problem olan şəxslər ehtiyyatlı olmalıdırlar".

Fitoterapevt, həmçinin, qara yemişan çayının göz damarlarını genişləndirməklə gözün qan dövranını yaxşılaşdırdığını və gözlərdəki yorğunluğu aradan qaldırdığını əlavə edib. Onun sözlərinə görə, bu çay qanda şəkərin miqdarının normallaşmasına səbəb olur, iltihab əleyhinə istifadə olunur və sidikqovucu təsirə malikdir.

Qaragiləyə bənzəyən qara yemişanın bu faydasını bilirdiniz?Natəvan Baxşiyeva


Baxılıb: 862   Tarix: 24 noyabr 2021

<< Geri
Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Duşuncə dərsi, Eşq və məhəbbət, Xəyanət, Testlər, Qadın psixologiyası, Kişi psixologiyası, Gəlin-qaynana, Cinsi munasibətlər, Psixoloji məsləhətlər, Gozel xanim, Saclara qulluq, Kosmetologiya, Makiyaj, Manikur və pedikur, Gozəllik xəbərləri, Ulduzların gozəllik sirləri, uzə qulluq, Bədənə qulluq, Estetik gozəllik, Moda, Moda luğəti, Moda xəbərləri, Stil dərsləri, ikonlar, Toy dəbi, cimərlik dəbi, Qırmızı xalca, Aksesuarlar, Ayaqqabı, Geyim, Gozəllik məhsulları, Alış-veriş, Dəbli bloq sahibələri

Saytda 4 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021