Baş nazirdən yeni QƏRAR - Oxu

Baş nazirdən yeni QƏRAR

Baş nazirdən yeni QƏRAR

Nazirlər Kabineti ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımaları ilə bağlı qərarlarda dəyişikliklər edib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Bildirilib ki, qərar Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq "İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının fəaliyyətinin təşkili məqsədilə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrupun Fəaliyyət Planı"nın müvafiq bəndlərinin icrası çərçivəsində hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş "Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqrama" və "Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin (şəxslərinin), habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığının və yenidən hazırlığının keçirilməsi Qaydası"na ekoloji sürmə üzrə biliklərlə əlaqədar müvafiq müddəaların əlavə edilməsini nəzərdə tutur.

Qərarın qəbulu ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarında enerji səmərəliliyini və enerjidən qənaətli istifadəni təmin etməklə, daşımalar zamanı istilik effekti yaradan qazların emissiyasının azalmasına xidmət edəcək.


Baxılıb: 1097   Tarix: 23 noyabr 2021

<< Geri
Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Xidmətlər, Wap FTP, , Wap+Web Skaner, Domen Yoxla, Qrab Yarat, Kodlaşdırma, Rəng Kodları, Saytın şəklini cek, Telefon modelini dəyiş, Smayl duzəlt, Icon duzəlt, Button duzəlt, Unvanı qısalt, Sistem Yuklemeleri, Naviqasiyalar - Xerite, MultiMedia Yuklemeleri, Derslikler, Maraqlı Yuklemeler, Tehlukesizlik, Movzular - Tema, Alış-Veriş

Saytda 133 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021