Nar "pərdəsinin" möcüzəvi təsiri - Oxu

Nar "pərdəsinin" möcüzəvi təsiri

Nar "pərdəsinin" möcüzəvi təsiri

Narın faydaları haqqında çoxlu sayda kitablar yazılıb. Antioksidant, vitamin, mineral, büzücü və s. faydalı maddələrlə zəngin olan nar həqiqətən şəfa mənbəyidir.

Tatli.Biz bildirir ki, bəzi ölkələrdə bu meyvəni yuxarı hissəsində olan "taca" və unikal xüsusiyyətlərə görə "kral meyvəsi" adlandırırlar.

Nar bir çox faydalı və müalicəvi xüsusiyyətlərlə zəngindir — ürək-damar və sinir sistemini qoruyur, immuniteti möhkəmləndirir, qanın tərkibini yaxşılaşdırır, orqanizmi cavanlaşdırır, xərçəng əleyhinə təsir edir.

Narın bütün hissələri faydalıdır. Narın içində olan nazik ağ arakəsmələr qədim zamanlardan ishal zamanı dərman kimi istifadə olunur.

Həmçinin bu arakəsmələr sakitləşdirici vasitə kimi də tanınır. Arakəsmələri yığın, qurudun və çaya əlavə edin. Belə çay sinir sistemini sakitləşdirir, gərginliyi azaldır, yuxunu tənzimləyir.

Ağız istihabı, damaqların qanaması, stomatit zamanı arakəsmələri dəmləyin və ağız boşluğunu qarqara edin. Bu vasitə antiseptik təsir edir, sağalmanı tezləşdirir. /saglamol.az/


Baxılıb: 1517   Tarix: 23 noyabr 2021

<< Geri
Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Whatsapp+, Instagram+, Youtube+, mahni indir, pulsuz oyunlar, lazimli programlar, android dunyasi, pulsuz yuklemeler, romantik sekiller, qizlarin sirri, qadin dunyasi

Saytda 57 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021