Qonşu ölkələrdə yoluxma artır - Operativ Qərargah rəsmisindən XƏBƏRDARLIQ - VİDEO - Oxu

Qonşu ölkələrdə yoluxma artır - Operativ Qərargah rəsmisindən XƏBƏRDARLIQ - VİDEO

Qonşu ölkələrdə yoluxma artır - Operativ Qərargah rəsmisindən XƏBƏRDARLIQ - VİDEO

"Koronavirusa yoluxma göstəricilərinə əsasən, hazırda xəstəlik nəzarət altındadır. Amma bəzi məqamları qeyd etmək istəyirəm. Xüsusən qonşu ölkələrdə baş verən prosesləri nəzərə alsaq, yenə də ehtiyatı əldən verməməli, rahatlaşmamalıyıq".

BAKU.WS xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, qarşıdan qış gəlir, havalar soyuyur, insanların qapalı məkanda daha çox zaman keçirməsi normal hal olacaq:

"Qışa hazırlıq olaraq buster doza vaksinini tövsiyə edirik. 4-cü doza ilə bağlı indidən fikir söyləmək tezdir. Pandemiyanın gedişində xəstəliyi öyrənirik. Xəstəlik ətrafında bütün dünyada araşdırmalar gedir. Biz də bu araşdırmaları sıx izləməyə, yeni məlumatlara tez zamanda reaksiya verməyə çalışırıq. Ölkədə vaksinasiya prosesi yaxşı gedir, prosesi müsbət qiymətləndiririk".


Baxılıb: 910   Tarix: 24 noyabr 2021

<< Geri
Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Whatsapp+, Instagram+, Youtube+, mahni indir, pulsuz oyunlar, lazimli programlar, android dunyasi, pulsuz yuklemeler, romantik sekiller, qizlarin sirri, qadin dunyasi

Saytda 42 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021