Polisdən əhaliyə MÜRACİƏT - Oxu

Polisdən əhaliyə MÜRACİƏT

Polisdən əhaliyə MÜRACİƏT

Daxili İşlər Nazirliyi piyada və sürücülərə müraciət edib.

Tatli.Biz müraciəti olduğu kimi təqdim edir:

"Əziz həmvətənlər!

Yol-nəqliyyat hadisələri üzrə tərəfimizdən aparılan təhlillər göstərir ki, cari ilin 10 ayı ərzində respublika ərazisində baş vermiş qəzaların 42, Bakı şəhəri üzrə isə 57 faizini piyadaların vurulması təşkil edir.

Araşdırmalar deməyə əsas verir ki, belə hallarda bu qəzalarda sürücülərlə yanaşı piyadaların da təqsiri olur.

Belə ki, bəzi piyadalar onların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş piyada zolaqlarından, yeraltı və yerüstü piyada keçidlərindən istifadə etmirlər.

Elə bunun nəticəsidir ki, piyada vurma hadisələrinin çoxu da məhz piyada keçidlərindən kənarda qeydə alınır. Odur ki göstərilənləri nəzərə alaraq bir daha piyadalara səslənirik:

- küçə və yolları sizin üçün nəzərdə tutulan yerlərdən keçin;

- nizamlanan və ya nizamlanmayan piyada keçidlərindən istifadə edərkən yoldakı sürət həddini, hərəkətin intensivliyini, hava və görmə şəraitini, sürücülərin nəqliyyat vasitəsini dayandıra bilib-bilməyəcəyini nəzərə alın;

- məhdudiyyətli görünmə, duman, yağış, qar şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun;

- yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirin, onların tam dayandığına, sürücülərin sizə yol verdiklərinə əmin olduqdan sonra hərəkətə başlayın;

- ictimai nəqliyyatı gözləyərkən və ya ona minib-düşərkən ehtiyatlı olun, həmçinin qəflətən avtomobil yoluna çıxmayın;

- yolu keçərkən mobil telefondan, eləcə də ətrafdakı avtomobillərin səsini vaxtında eşitmək üçün qulaqlıqdan istifadə etməyin.

Eyni zamanda, sükan arxasında olan sürücülər də yol hərəkətinin ən müdafiəsiz iştirakçıları sayılan piyadaların təhlükəsizliyi məsələsinə ciddi yanaşmalı, artıq yola çıxmış piyadaya yol verməli, piyadaların yola çıxma ehtimalı olan ərazilərdə, xüsusilə qaranlıq vaxtı və işıqlandırılmayan yollarda daha diqqətli olmalı, təhlükəli situasiyanı düzgün qiymətləndirməyi bacarmalıdırlar. Hər bir sürücü bilməlidir ki, ani diqqətsizlik faciəvi qəzaya səbəb olur.

Hər bir hərəkət iştirakçısına təhlükəsiz yol arzu edirik!"


Baxılıb: 1219   Tarix: 24 noyabr 2021

<< Geri
Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Qadın ve cemiyyet, Tanınmış qadın simalar, Huquq və qadın haqları, Qadın və din, Qadın və texnologiya, Qadın və təhsil, Şəxsi inkişaf, Fitnes ve pehriz, Pəhriz (diet), Arıqlama sirləri, Şəxsi təcrubə, Fitness, Sellulit, Arıqlama vasitələri, Kokəlmə sirləri, Sağlamliq, Sağlamlıq xəbərləri, Qadın xəstəlikləri, Duzgun qidalanma, Xalq təbabəti, Aroma və fitoterapiya, Kontrasepsiya və abort, Menstruasiya, Masaj

Saytda 194 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021