Universitetlər Bakıdan köçürüləcək? - VİDEO - Oxu

Universitetlər Bakıdan köçürüləcək? - VİDEO

Universitetlər Bakıdan köçürüləcək? - VİDEO

Bütün universitetlərin Bakıda yerləşməsi paytaxtın yükünü xeyli artırmaqla yanaşı, çoxsaylı sosial problemlər də yaradır. Millət vəkili Musa Qasımlı təhsil müəssisələrinin bəzilərinin bölgələrə köçürülməsi fikrini yenidən gündəmə gətirib. Uyğun variant kimi hətta işğaldan azad olunan ərazilərə də diqqət çəkib.

Qaynarinfo xəbər verir ki, bəzi universitetlər Bakıdan bölgələrə köçürülməlidir. Bu, paytaxtın yükünü azaltmaqla yanaşı, şəhərdəki sıxlığı da aradan qaldırar.

Millət Vəkili Musa Qasımlı belə bir açıqlama verib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı fikirlər, xüsusilə, ekspertlərin, mütəxəssizlərin təklifləri müxtəlifdir. Hamısı dinlənildikdən sonra müsbət qərar verilməlidir. Hazırda ən optimal variant universitetlərin yerinin dəyişdirilməsidir.

Millət vəkili deyir ki, universitetlərin müvafiq bölgələrə köçürülməsi həm də praktika keçmiş yaxşı mütəxəssislərin yetişməsi deməkdir.

Millət vəkilinin sözlərinə görə, qonşu Türkiyədə paytaxt ilə yanaşı, böyük şəhərlərin demək olar ki, əksəriyyətində universitetlər var. Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Cəsarət Valehov "Xəzər Xəbər"ə bildirdi ki, məsələ hələ ki, gündəmdə deyil.


Baxılıb: 1505   Tarix: 25 noyabr 2021

<< Geri
Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Duşuncə dərsi, Eşq və məhəbbət, Xəyanət, Testlər, Qadın psixologiyası, Kişi psixologiyası, Gəlin-qaynana, Cinsi munasibətlər, Psixoloji məsləhətlər, Gozel xanim, Saclara qulluq, Kosmetologiya, Makiyaj, Manikur və pedikur, Gozəllik xəbərləri, Ulduzların gozəllik sirləri, uzə qulluq, Bədənə qulluq, Estetik gozəllik, Moda, Moda luğəti, Moda xəbərləri, Stil dərsləri, ikonlar, Toy dəbi, cimərlik dəbi, Qırmızı xalca, Aksesuarlar, Ayaqqabı, Geyim, Gozəllik məhsulları, Alış-veriş, Dəbli bloq sahibələri

Saytda 196 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021