Bir şagird "Squid Game"ə görə güllələnəcək - Oxu

Bir şagird "Squid Game"ə görə güllələnəcək

Bir şagird "Squid Game"ə görə güllələnəcək

"Netflix"in reytinqlərdə ilk sırada yer alan "Squid Game" serialının surətini Şimali Koreyalı gətirən ölkə vətəndaşı edam cəzasına məhkum edilib.

Tatli.Biz Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Bildirilib ki, Şimali Koreyada lisey şagirdi ötən həftə sözügedən serialın surətini USB mobil yaddaş cihazında gizlədərək Çindən ölkəyə daxil olub. Həmin şəxs nüsxələri digər şagirdlər də daxil olmaqla bir neçə şəxsə satdıqdan sonra ölkənin müşahidə xidmətləri tərəfindən tutulub. Onun barəsində edam edilmə qərarı çıxarılıb. Qərara əsasən, lisey şagirdi ekran işindəki personajların öldürüldüyü üsulla, güllələnərək edam ediləcək.

"Azad Asiya Radiosu"nun məlumatına görə, diskin bir nüsxəsini alan digər şagird ömürlük həbsə, altı nəfər isə beş il ağır işlərə məhkum edilib.

Hadisə ilə bağlı Mərkəzi Komitə məktəb direktoru, gənclərlə iş üzrə katib və sinif müəllimləri işdən azad edib.

Qeyd edək ki, hadisənin ardından Şimali Koreya Qərbi və Cənubi Koreyadan olan materialların ölkəyə girişinə ciddi qadağa qoyub. Eyni zamanda, səlahiyyətlilər xarici medianı izləməyə imkan verən video CD-lər üçün məktəblilərin təhsil aldıqları müəssisələrdə axtarış aparır.


Baxılıb: 1556   Tarix: 25 noyabr 2021

<< Geri
Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Duşuncə dərsi, Eşq və məhəbbət, Xəyanət, Testlər, Qadın psixologiyası, Kişi psixologiyası, Gəlin-qaynana, Cinsi munasibətlər, Psixoloji məsləhətlər, Gozel xanim, Saclara qulluq, Kosmetologiya, Makiyaj, Manikur və pedikur, Gozəllik xəbərləri, Ulduzların gozəllik sirləri, uzə qulluq, Bədənə qulluq, Estetik gozəllik, Moda, Moda luğəti, Moda xəbərləri, Stil dərsləri, ikonlar, Toy dəbi, cimərlik dəbi, Qırmızı xalca, Aksesuarlar, Ayaqqabı, Geyim, Gozəllik məhsulları, Alış-veriş, Dəbli bloq sahibələri

Saytda 100 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021