Novruz Məmmədovun oğlu təqaüdə göndərildi - Oxu

Novruz Məmmədovun oğlu təqaüdə göndərildi

Novruz Məmmədovun oğlu təqaüdə göndərildi

Azərbaycanın sabiq Baş naziri Novruz Məmmədovun oğlu polis sistemindən təqaüdə göndərilib.

"Qafqazinfo" xəbər verir ki, əvvəl Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisi olan polis polkovnik-leytenantı İsmayıl Məmmədov 2019-cu ildə bu postdan uzaqlaşdırılıb.

Bunun ardınca Daxili İşlər Nazirliyində Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyatçısı kimi xidmətini davam etdirib.

Bir müddət öncə isə İsmayıl Məmmədov 20 illik xidmətinin tamamlanması ilə bağlı ərizə yazaraq təqaüdə göndərilməsini istəyib.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı İsmayıl Məmmədov pensiyaya göndərilib.


Baxılıb: 1296   Tarix: 25 noyabr 2021

<< Geri
Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Yuxu Yozmaları, Burc-il Yoxla, Doġum gununu hesabla, Ideal cekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Youtube Video Yuklə, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Lazımlı Programlar, Silinmiş şəkillərin geri qaytarılması

Saytda 137 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021