Ata 13 günlük körpəsinin yeməyinə qarışqa zəhəri qataraq, öldürmək istədi: "Rahatlığımı pozurdu" - Oxu

Ata 13 günlük körpəsinin yeməyinə qarışqa zəhəri qataraq, öldürmək istədi: "Rahatlığımı pozurdu"

Ata 13 günlük körpəsinin yeməyinə qarışqa zəhəri qataraq, öldürmək istədi: "Rahatlığımı pozurdu"

13 günlük körpəsini zəhərləyərək öldürməyə çalışan ata həbs olunub.

Tatli.Biz AZXEBER.COM-a istinadən xəbər verir ki, Yalovada 13 günlük körpəsinin yeməyinə qarışqa zəhəri qataraq öldürməyə cəhd edən ata həbs edilib. 41 yaşlı ata polisə ifadəsində "Sərxoş idim. Körpənin rahatlığımı pozduğunu düşündüm. Yeməyinə bir qaşıq zəhər qatdım, ondan qurtulmaq istədim" deyə açıqlama verib.

Yalovada yaşayan Türkan və Serhat Oskan cütlüyü oktyabrın 28-də Ecrin adını verdikləri qızlarını dünyaya gətirib. Restoranda kuryer işləyən Serhat Oskan yeni doğulan körpəyə pis rəftar edib. Türkan Oskan ərinin körpəni istəmədiyini söyləyib. Çünki Serhat WhatsApp-da "Tam rahat olaq deyərkən uşaq ayaqbağı kimi dolandı ayaqlarıma" və "Başımıza bəla gətirdik" kimi paylaşımlar edib. Bundan sonra Serhat Oskan işdən qayıdarkən 13 günlük qızı Ecrinin yeməyinə qarışqa zəhəri qatıb.

Vəziyyətdən xəbərsiz Türkan Oskan axşam və səhər saatlarında Ecrinə 2 butulka uşaq yeməyi içdirib. Yemək bitdikdən sonra şüşədə qalıq olduğunu anlayan Türkan əvvəlcə yeməyin xarab olduğunu düşünüb. Lakin yeməyi zibil qutusuna atarkən zəhər qutusunu görən Türkan Oskan zəhər qutusunu digər qızı ilə ilə aptekə göndərib və onlardan zəhərin qatılıb-qatılmadığını öyrənib. Əczaçı qidaya zəhər qarışdığını bildirib. Bundan dərhal sonra Ecrin reanimasiya şöbəsində müalicə olunub. 1 günlük müalicədən sonra evə buraxılan Ecrinin səhhətinin yaxşı olduğu bildirilib.

Hadisədən sonra polis Serhat Oskanı yaxalayaraq saxlayıb. Polis bölməsindəki əməliyyatların ardından ədliyyəyə sövq edilən Serhat Oskan "qəsdən adam öldürməyə cəhd" cinayəti ilə gətirildiyi məhkəmə tərəfindən həbs edilib.

Ata 13 günlük körpəsinin yeməyinə qarışqa zəhəri qataraq, öldürmək istədi: "Rahatlığımı pozurdu"Ata 13 günlük körpəsinin yeməyinə qarışqa zəhəri qataraq, öldürmək istədi: "Rahatlığımı pozurdu"


Baxılıb: 1453   Tarix: 25 noyabr 2021

<< Geri
Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Free Downloader, hd video download, whatsapp plus, instagram plus, youtube plus, online free play, sexy girl, Burcler Haqqında, olum unvanları, Menfi cehetler, Burce gore sevgi, Burce gore seks, Burc-il yoxla, Hansı gun doġuldun?, Qoc Burcu, Buğa Burcu, Əkizlər Burcu, Xərcəng Burcu, Şir Burcu, Qız Burcu, Tərəzi Burcu, Eqrəb Burcu, Oxatan Burcu, Oğlaq Burcu, Dolca Burcu, Balıqlar Burcu

Saytda 185 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021