"Bandotdel" əməliyyat keçirdi: Saxlanılanlar var - VİDEO - Oxu

"Bandotdel" əməliyyat keçirdi: Saxlanılanlar var - VİDEO

"Bandotdel" əməliyyat keçirdi: Saxlanılanlar var - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində növbəti əməliyyat həyata keçirilib.

Bu barədə Tatli.Biz-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Əldə edilən məlumat əsasında həyata keçirilən tədbir zamanı Masallı rayon sakini Fərhad Nuroğlu və paytaxt sakini Ramin Qurbanov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindikləri üçün saxlanılıblar.

Onlardan 6 qramdan artıq heroin və metamfetamin götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Ramin Qurbanovun paytaxt ərazisində yaşadığı mənzildən ümumi çəkisi 31 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə, o cümlədən 22 kiloqramdan artıq heroin, 7 kiloqrama yaxın "patı", "şüşə" adlandırılan metamfetamin və 2 kiloqram tiryək aşkar edilib.

Fərhad Nuroğlu və Ramin Qurbanovun ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, onlar xarici ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq narkokuryerliyə cəlb ediliblər. Daha sonra Fərhad Nuroğlu narkotik vasitələri Yardımlı rayonu ərazisində qəbul edərək Qaradağ rayonu ərazisində tanışı Ramin Qurbanova verib. Sonuncu isə narkotikləri yaşadığı evə gətirərək orada gizlədib. Onların məqsədi əldə etdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddələrin hissə-hissə Bakı şəhərində satışını təşkil etmək olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Hər iki şəxs barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.


Baxılıb: 1218   Tarix: 25 noyabr 2021

<< Geri
Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Free Downloader, hd video download, whatsapp plus, instagram plus, youtube plus, online free play, sexy girl, Burcler Haqqında, olum unvanları, Menfi cehetler, Burce gore sevgi, Burce gore seks, Burc-il yoxla, Hansı gun doġuldun?, Qoc Burcu, Buğa Burcu, Əkizlər Burcu, Xərcəng Burcu, Şir Burcu, Qız Burcu, Tərəzi Burcu, Eqrəb Burcu, Oxatan Burcu, Oğlaq Burcu, Dolca Burcu, Balıqlar Burcu

Saytda 177 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021