Bakıda metro stansiyalarının tikintisində çıxarılan torpaqlar hara tökülür? - Oxu

Bakıda metro stansiyalarının tikintisində çıxarılan torpaqlar hara tökülür?

Bakıda metro stansiyalarının tikintisində çıxarılan torpaqlar hara tökülür?

"Bakı Metropoliteni" QSC-nin yeni stansiyalarının tikintisi zamanı çıxarılan torpaqlar paytaxtın müxtəlif ərazilərindəki çökəkliklərə boşaldılır".

Tatli.Biz xəbər verir ki, bunu "report"a açıqlamasında qurumun Tikinti departamentinin rəisi Məzahir Nəbiyev deyib.

"Həmin əraziləri müvafiq icra strukturları müəyyən edir. Bu gün inşası davam edən, şərti adı "B-4" olan stansiyadan indiyə qədər 30 min kubmetr torpaq çıxarılıb.

Ümumilikdə 4 pilləli olacaq stansiyadakı işlərin sonuna qədər bu həcmin 100 min kubmetrə çatacağı gözlənir. Qazıntı zamanı çıxarılan torpaq Qaradağ rayonunun ərazisində - Sədərək və Binə Ticarət Mərkəzlərinin arasında yerləşən göllənmiş çökəkliyə tökülür.

Bundan öncə istifadəyə verilən "8 Noyabr" stansiyasının yerindən çıxarılmış torpaq da həmin əraziyə tökülmüşdü.

Şəhərin Şərq tərəfində qazıntı işləri apararkən isə qazıntı torpaqları Zığ-Hövsan yolunun üzərindəki çökəkliyə tökülür.

Daha əvvəllər isə qazıntı zamanı çıxarılan materiallar Binəqədi rayonu Baksol yolu ərazisində yerləşən neftlə çirklənmiş ərazilərə daşınırdı.

Bütün bunlar üçün isə əraziləri bizə Bakı Şəhər İcra Hakimiyyəti və aidiyyəti rayon icra hakimiyyəti təqdim edir", - deyə o qeyd edib.

Ümumi uzunluğu 170 metr olan "B-4" stansiyasının dərinliyi relyefdən asılı olaraq 29-32 metr arasında dəyişir. Stansiyanı "8 Noyabr" stansiyası ilə birləşdirən 1 010 və 1 021 metr uzunluqlarında iki tunel inşa olunub.


Baxılıb: 2029   Tarix: 25 noyabr 2021

<< Geri
Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Qadın ve cemiyyet, Tanınmış qadın simalar, Huquq və qadın haqları, Qadın və din, Qadın və texnologiya, Qadın və təhsil, Şəxsi inkişaf, Fitnes ve pehriz, Pəhriz (diet), Arıqlama sirləri, Şəxsi təcrubə, Fitness, Sellulit, Arıqlama vasitələri, Kokəlmə sirləri, Sağlamliq, Sağlamlıq xəbərləri, Qadın xəstəlikləri, Duzgun qidalanma, Xalq təbabəti, Aroma və fitoterapiya, Kontrasepsiya və abort, Menstruasiya, Masaj

Saytda 152 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021