Dövlət Orkestrinin keçmiş rəhbərinə 11 il cəza verildi - Oxu

Dövlət Orkestrinin keçmiş rəhbərinə 11 il cəza verildi

Dövlət Orkestrinin keçmiş rəhbərinə 11 il cəza verildi

Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin bədii rəhbəri Lütfi Qədirovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Axşam.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq orkestr rəhbəri 11 il müddətinə azadlıqdan məhrum edilib. Mədəniyyət Nazirliyi tərəfindən ona qarşı qaldırılan 355 min manatlıq mülki iddia da təmin edilib.

Lütfi Qədirovla birlikdə təqsirləndirilən orkestrin təsərrüfat işləri üzrə müdiri olmuş Nəzakət Zairova isə şərti cəza alıb.

Qeyd edək ki, Lütfi Qədirov 2020-ci ilin iyulunda Baş Prokurorluğun əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 311.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham olunub.


Baxılıb: 670   Tarix: 25 noyabr 2021

<< Geri
Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Sevgi Smsleri, Dostluq Smsleri, Tebrik Smsleri, Ayrılıq Smsleri, Ad Gunu Smsleri,Prikol Smsler, Turkce Smsler, Qarışıq Smsler, Letifeler, Xoruz ili Haqqında, Ulduzlar bu ilə nə deyir?, Xoruz ilində bizi nə gozləyir?, 2021-ci ildə nə gətirəcək?, Bu ildə doġulan insanların xasiyyətləri, Bu ildə doġulan insanların xarakterləri, Bu ildə doġulan insanların xususiyyətləri, Xoruz ilinə dair Mayya qoroskopu, Xoruz ilində bu burclər Varlanacaq, Xoruz ilində doġulan məşhurlar

Saytda 180 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021