Həkimlər "sonsuzsan" dedi, ildə 3 uşaq doğdu - Oxu

Həkimlər "sonsuzsan" dedi, ildə 3 uşaq doğdu

Həkimlər "sonsuzsan" dedi, ildə 3 uşaq doğdu

Sonsuzluq diaqnozu qoyulan ingiltərəli qadın bir ildə üç uşaq dünyaya gətirib. Əvvəlcə onun qızı doğulub, ardınca isə əkizləri dünyaya gəlib.

Bildirilir ki, həkimlərin hamiləlik şansının az olması ilə bağlı xəbərdarlığını eşidəndə Emmi Qeirns 25 yaşında olub. Həmin vaxtdan etibarən o, karyera qurmaq barədə düşünüb. Lakin indiki həyat yoldaşı ilə qarşılaşdıqdan sonra tibb işçilərinin sözlərinə baxmayaraq, uşaqla bağlı bütün şansını dəyərləndirmək qərarına gəlib.

Hazırda 34 yaşında olan qadın və 32 yaşlı həyat yoldaşı Ceymi bir il müalicə alsalar da, nəticəsiz olur.

"Bir il sonra biz fasilə vermək qərarına gəldik, içki və şənliklərlə yayı keçirdik. Bundan sonra hamilə olduğumu öyrəndim", - deyə qadın bildirib.

Nəticədə Emmi qız uşağı dünyaya gətirir, onun adını Harlo qoyurlar. Bundan sonra cütlük yeni uşaqlar üçün bir az vaxt lazım olacağını düşünüblər, ancaq belə deyilmiş: 9 ay sonra qadın hamilə qalır.

İkinci hamillik ağır keçib. Hətta bir ara həkimlər ananın hamiləliyinin yarımçıq qalacağı təhlükəsi ilə bağlı xəbərdarlıq ediblər.

"Pandemiyaya görə Ceymini mənimlə həkimə buraxmırdılar. Uşağımı itirdiyimi düşündüyüm vaxt mənə əkiz dünyaya gətirəcəyimi deyəndə isə şoka düşdüm. Mən avtomobildən ağlayaraq çıxdım, ərim isə təsəlli verərək uşaq üçün yenidən cəhd edə biləcəyimizi deyirdi. Mən ona əkizimizin dünyaya gələcəyini deyəndə isə o inanmadı və zarafat etdiyimi düşündü", - deyə qadın olanları xatırlayıb.

Noy və Artur dünyaya sağlam gəliblər.

İndi dostları qadının hekayəsini başqalarına danışır ki, onların da hamilə qala biləcəyinə ümid yaransın. Artıq üç övladı olan cütlük yenə uşaq istəyirlər.

"İki yaşından kiçik üç uşağınız olanda bu, dəlilikdir. Əladır, amma çox çətin işdir", - deyə Emma bildirib. Saglamolun.Az


Baxılıb: 2915   Tarix: 25 noyabr 2021

<< Geri
Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Xidmətlər, Wap FTP, , Wap+Web Skaner, Domen Yoxla, Qrab Yarat, Kodlaşdırma, Rəng Kodları, Saytın şəklini cek, Telefon modelini dəyiş, Smayl duzəlt, Icon duzəlt, Button duzəlt, Unvanı qısalt, Sistem Yuklemeleri, Naviqasiyalar - Xerite, MultiMedia Yuklemeleri, Derslikler, Maraqlı Yuklemeler, Tehlukesizlik, Movzular - Tema, Alış-Veriş

Saytda 143 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021