Paşinyan etiraf etdi: Qarabağ Azərbaycanındır, Zəngəzur dəhlizinə əngəl olacaq gücümüz yoxdur - Oxu

Paşinyan etiraf etdi: Qarabağ Azərbaycanındır, Zəngəzur dəhlizinə əngəl olacaq gücümüz yoxdur

Paşinyan etiraf etdi: Qarabağ Azərbaycanındır, Zəngəzur dəhlizinə əngəl olacaq gücümüz yoxdur

Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzurun icra orqanlarının rəhbərləri ilə görüş keçirib.

Ermənistanın "Hraparak" qəzetinin məlumatına görə, görüş zamanı Nikol Paşinyan Qarabağla bağlı etiraflar səsləndirib.

O, Qarabağın Azərbaycanın olduğunu söyləyib və görüşdə iştirak edənlərdən də bu fikri qəbul etmələrini istəyib.

"Qarabağ Azərbaycanındır, bizi 30 il ərzində aldadıblar, məsələnin sonu da baş verənlər kimi olmalıydı", - deyə o qeyd edib.

Görüş çərçivəsində Nikol Paşinyanın erməni ictimaiyyətində sensasiya kimi qarşılanan daha bir etirafı da diqqətdən yayınmayıb. O, faktiki olaraq Ermənistanın Zəngəzur dəhlizinin açılmasına əngəl olacaq gücdə olmadığını etiraf edib.

Nəşr qeyd edir ki, Nikol Paşinyan görüş zamanı ölkəsinin yolları bağlaya bilməyəcəyini, Azərbaycana Naxçıvana gediş-gəliş üçün yol verməyə məcbur olduğunu vurğulayıb. Çünki Azərbaycan Prezidenti İlham Əliyev bu məsələni hərb yolu ilə də həll edə bilər.

"Bizim isə buna müqavimət göstərmək üçün resurslarımız yoxdur", - deyə N.Paşinyan bildirib./Oxu.az


Baxılıb: 3102   Tarix: 26 noyabr 2021

<< Geri
Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Allah anlayışı, Allahın 99 adı, Din anlayışı, Quran haqqında, Secde haqqında, Iman anlayışı, Islam haqqında, Namaz haqqında, Oruc haqqında, Qiyamet haqqında, Resullar haqqında, Şehadet anlayışı, Hecc haqqında, Diriliş haqqında, Rukun haqqında, Ihsan haqqında, Meişet duaları, Feyyaz duası, Ferec duası, Ayetul duası, Olum haqqında, Qebir haqqında, Berzex anlayishi, Qebrden qalxmaq, Emel hesablama, Sirat korpusu, Behişt haqqında Sevgi Dunyasi, Islam Dini, Letifeler, Dahilerin Sozleri, Maraqli Hadiseler, Burcler Haqqinda, Vetenim, Toy Merasimi, Maraqli Hekayeler, Maraqli Melumatlar, Insanlari Tani

Saytda 212 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021