Hər gün ayağı şişənlər bunu oxusun - Oxu

Hər gün ayağı şişənlər bunu oxusun - Oxu


Hər gün ayağı şişənlər bunu oxusun

Hər gün ayağı şişənlər bunu oxusun

Yəqin ki, hər gün çalışan və oturaq həyat keçirənlərin əksəriyyəti ayaq şişməsi problemi ilə üzləşib. İş gününün sonunda soyunduğunuz ayaqqabınızı geyinməkdə çətinlik çəkirsiniz. Bəs, buna səbəb nədir? Bəzən elə düşünürük ki, ayağın gün ərzində aşağı sallanmış formada olması və ya geyindiyimiz hündürdaban ayaqqabı ayaqlarda şişkinlik yaradır.

Axşam.az xəbər verir ki, ayağın şişməsi ciddi xəstəliklərin də göstəricisi ola bilər. Bəzi hallarda isə bu xəstəlik hesab edilmir. Uzun müddət oturuqlu və ya ayaqüstə qalmaq buna səbəb olduğu kimi, hər hansı bir orqandakı xəstəlik də ayaq şişməsinə gətirib çıxarır.

Ev şəraitində bunları edin:

İşdə olarkən 5 dəqiqənizi ayırıb, ayaqları yuxarı qaldırın. Bu zaman qan dövranı normaya düşəcək və şişkinlik aradan qalxacaq.

Gecə evə gedəndə ayağınıza buzlu kompres qoyun. Buzları dəsmalın arasına qoyub, ayağın üstündə gəzdirin. 10 dəqiqə bu prosesi etmək kifayətdir.

Ayaq idman hərəkətləri edin. Bunlar ayaqdakı şişi götürəcək və qan dövranını yaxşılaşdıracaq.

Duzlu su ilə ayağınızı vanna edin. Yarım vedrə suya 1 stəkan duz tökün. Ayağınızı suda 15 dəqiqə saxlayın.

Qidalanmağınıza fikir verin. Çalışın çox duzlu yeməyəsiniz. Tərkibində maqnezium olan qidalardan çox istifadə edin. gündə 2 litr su için. Bu, bədəndə olan zərərli maddələri yuyacaq. Təzə meyvə və tərəvəz şirəsi için.

Nanəni suda qaynadın və isti suda ayağınızı saxlayın. Sonra soyuq nanəli su ilə ayaqlarınızı yaxlayın. Nanə ayaqda ödəm olmasını aradan qaldıracaq.

Bir ədəd xiyarı doğrayıb ayağın şişən yerlərinə düzün. Tənziflə sarıyın. Xiyar ödəmi yox edəcək.

Alma sirkəsi ilə hazırlanan suda ayağı bir neçə dəqiqə saxlamaq da sizə kömək edəcək. Bu su həm ağrıları, həm də şişkinliyi aradan qaldıracaq.

Əgər bu vasitələrdən sonra da ayağınız şişirsə, bu zaman həkimə müraciət edin. Buna böyrəyinizdəki problem səbəb ola bilər.

type="text/javascript">(function () {window._ttzi = 160; var adv_160_iad = document.createElement("script");adv_160_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?="+(Math.floor(Math.random() * 100000000) + 1);adv_160_iad.async = true;(document.body || document.head || document.documentElement).appendChild(adv_160_iad);adv_160_iad.onload = function(){adv_160_iad.parentNode.removeChild(adv_160_iad);}})();
Baxılıb: 1380   Tarix: 03 dekabr 2021

<< Geri
Dostlarınla Paylaş

Saytda 78 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023