Məşhur jurnaldan xəzlərlə bağlı qadağa - Oxu

Məşhur jurnaldan xəzlərlə bağlı qadağa - Oxu


Məşhur jurnaldan xəzlərlə bağlı qadağa

Məşhur jurnaldan xəzlərlə bağlı qadağa

Fransanın "Elle" jurnalı bütün platformalarında təbii xəz məhsullarının şəkillərini dərc etməkdən imtina edir.

Axşam.az xəbər verir ki, bu, belə bir addımı atan ilk böyük moda nəşridir.

"Səhifələrimizdə və rəqəmsal mediamızda xəzin olması artıq bizim və ya oxucularımızın dəyərlərinə uyğun gəlmir. Xəz xüsusilə moda üçün köhnəlmiş və dəbsiz görünür" - deyə, nəşrin beynəlxalq direktoru Valeria Bessolo Llopisə bildirib.

"Ümid edirik ki, bu öhdəliklə "Elle" dünya miqyasında xəzin təbliğatını qadağan edən media kimi digərlərinə də nümunə olacaq" - deyə, jurnalın daxil olduğu "Lagadère News" media qrupunun baş direktoru Constance Behnke əlavə edib.

Qeyd edək ki, bu öhdəlik bütün "Elle" nəşrləri (41 jurnal) tərəfindən qəbul edilib. Yeni qaydalar 13 nəşr üçün artıq qüvvəyə minib, daha 20-si 2022-ci il yanvarın 1-dən, qalanları isə 2023-cü il yanvarın 1-dən qüvvədə olacaq.

"Balenciaga", "Gucci", "Alexander McQueen", "Giorgio Armani", "Saint Laurent" kimi bir çox marka da artıq bu materiallardan imtina edib. Markaların bəziləri bitki mənşəli innovativ materiallardan, məsələn, göbələkdən hazırlanmış dəridən istifadə etməyə başlayıb.

async src="https://securepubads.g.doubleclick.net/tag/js/gpt.js"> id="AdviadNativeAds"> (() => { var zoneInfo = { slot: '/22785635315/22889140590', size: [600, 338], zoneId: '22888140590' }; var adviadAd = document.createElement('div'); adviadAd.setAttribute("style", "min-width: 600px; max-height: 338px; text-align:center;"); adviadAd.setAttribute("id", zoneInfo.zoneId); let script = document.createElement('script'); script.defer = true; script.src = "https://ssp.adviad.com/v1/get_ads.js?v" + new Date().toJSON().slice(0,10).replace(/-/g,'.'); document.currentScript.parentElement.appendChild(script); let findCenter = document.createElement('script'); findCenter.defer = true; findCenter.src = "https://ssp.adviad.com/v1/findCenter.js?v" + new Date().toJSON().slice(0,10).replace(/-/g,'.'); document.currentScript.parentElement.appendChild(findCenter); script.onload = function () { adviadFetchKeys(zoneInfo) } findCenter.onload = function () { setElement(adviadAd) } })()
Baxılıb: 814   Tarix: 03 dekabr 2021

<< Geri
Dostlarınla Paylaş

Saytda 155 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024