Xəbər verdiyimiz - Xeber Lenti" /> Xəbər verdiyimiz - Xeber Lenti" />
Azərbaycanda iki bacının faciəsi: 8 nəfərin eyni gündə öldüyü hadisənin təfərrüatı - FOTO/VİDEO - Oxu

Azərbaycanda iki bacının faciəsi: 8 nəfərin eyni gündə öldüyü hadisənin təfərrüatı - FOTO/VİDEO - Oxu


Azərbaycanda iki bacının faciəsi: 8 nəfərin eyni gündə öldüyü hadisənin təfərrüatı - FOTO/VİDEO

Azərbaycanda iki bacının faciəsi: 8 nəfərin eyni gündə öldüyü hadisənin təfərrüatı - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Qusarda bir ailənin 5 üzvü - 1987-ci il təvəllüdlü Rusif Şıxov, həyat yoldaşı, 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların üç azyaşlı övladları - 2012-ci il təvəllüdlü Osman, 2013-cü il təvəllüdlü Süməyya və 2017-ci il təvəllüdlü İmarə dəm qazından boğularaq vəfat edib.

"Qafqazinfo"nun məlumatına görə, baş verən faciə ilə bağlı Qusara yola düşən, vəfat edən Əminə Şıxovanın bacısı, 1999-cu il təvəllüdlü Ələkbərova Fidan da yolda qəzaya uğrayaraq dünyasını dəyişib.

Belə ki, Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində "Mercedes" markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində Fidanla yanaşı, onun həyat yoldaşı, sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu və 2021-ci il təvəllüdlü oğlu Həmzə hadisə yerində ölüb.

Qəzanın baş verdiyi yerdən video:

Məlumata görə, ailə 6 ay öncə övlad sahibi olub. Onlar Sumqayıtda yaşayıblar.

Eyni gündə ailəsi ilə birgə həlak olan Əminə ilə Fidan üç bacı olublar.

Qusardakı hadisənin baş verməsinə gəlincə, ilkin ehtimallara görə, Şıxovlar ailəsinin evində qazla işləyən "ceyran peçi" olub. Ailə üzvləri yuxuda olarkən qaz sızması baş verib və məlum faciə ilə nəticələnib.

Fotoda dəm qazından ölən Rusif Şıxov və üç azyaşlı övladları
Azərbaycanda iki bacının faciəsi: 8 nəfərin eyni gündə öldüyü hadisənin təfərrüatı - FOTO/VİDEOSəhər Rusifin atası zəng etsə də, telefona cavab verən olmayıb. Ailənin iki məktəbli üzvü də səhər saatlarında məktəbə getməli imiş. Baba zəngə cavab vermədikləri üçün narahat olub və evə gəlib. Qapını döysə də, heç kim açmayıb. Qısa müddət sonra isə məlum faciənin baş verdiyi aydınlaşıb.

Dəm qazı nəticəsində həlak olan ailə üzvlərinin dəfn mərasimi bu gün Qusarda baş tutacaq.

Azərbaycanda iki bacının faciəsi: 8 nəfərin eyni gündə öldüyü hadisənin təfərrüatı - FOTO/VİDEOAzərbaycanda iki bacının faciəsi: 8 nəfərin eyni gündə öldüyü hadisənin təfərrüatı - FOTO/VİDEO

async src="https://securepubads.g.doubleclick.net/tag/js/gpt.js"> id="AdviadNativeAds"> (() => { var zoneInfo = { slot: '/22785635315/22889140590', size: [600, 338], zoneId: '22888140590' }; var adviadAd = document.createElement('div'); adviadAd.setAttribute("style", "min-width: 600px; max-height: 338px; text-align:center;"); adviadAd.setAttribute("id", zoneInfo.zoneId); let script = document.createElement('script'); script.defer = true; script.src = "https://ssp.adviad.com/v1/get_ads.js?v" + new Date().toJSON().slice(0,10).replace(/-/g,'.'); document.currentScript.parentElement.appendChild(script); let findCenter = document.createElement('script'); findCenter.defer = true; findCenter.src = "https://ssp.adviad.com/v1/findCenter.js?v" + new Date().toJSON().slice(0,10).replace(/-/g,'.'); document.currentScript.parentElement.appendChild(findCenter); script.onload = function () { adviadFetchKeys(zoneInfo) } findCenter.onload = function () { setElement(adviadAd) } })()
Baxılıb: 4036   Tarix: 18 fevral 2022

<< Geri
Dostlarınla Paylaş

Saytda 50 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024