Ukraynada azərbaycanlıların öldürülməsi faktı ilə bağlı yeni detallar məlum oldu - YENİLƏNİB - Oxu

Ukraynada azərbaycanlıların öldürülməsi faktı ilə bağlı yeni detallar məlum oldu - YENİLƏNİB - Oxu


Ukraynada azərbaycanlıların öldürülməsi faktı ilə bağlı yeni detallar məlum oldu - YENİLƏNİB

Ukraynada azərbaycanlıların öldürülməsi faktı ilə bağlı yeni detallar məlum oldu - YENİLƏNİB

"Odessada gün ərzində çox atışma olmamışdı. Lakin gecə saat 2 radələrində əslən Kəlbəcərdən olan soydaşımız etdiyi telefon zəngində azərbaycanlıların olduğu maşının atəşə tutulduğunu bildirdi".

Bu barədə Oxu.Az-a Ukrayna Azərbaycanlıları Radasından (UAR) məlumat verilib.

Bildirilib ki, Odessadan Moldovaya gedən, içərisində azərbaycanlıların olduğu 7-8 maşın diversantlar tərəfindən atəşə tutulub:

"İnsanları çaşdıran diversantların ukraynalı hərbçiləri kimi geyinməsi olub. Kuçurqan-Pervomaysk məntəqəsinə yaxın bir yerdə maşınları Ukrayna hərbi formasında olan rus diversantları gülləbarana tutublar. Hətta orada olan ukraynalı hərbçilər də atəşə tutulublar. Ölən həmvətənlərimiz Odessa morquna aparılmayıb. Təcili tibbi yardım maşını onları başqa ərazidəki morqa aparıb.

Allah hadisə zamanı ölən həmvətənlərimizə rəhmət eləsin, yaralılara şəfa versin".

12:37

Odessadan Moldovaya gedərkən atışma zamanı azərbaycanlılar arasında ölən və yaralananlar olub.

Bu barədə Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov məlumat verib. O bildirib ki, ilkin məlumata görə, üç nəfər həlak olub, dörd nəfər yaralanıb:

"Əldə etdiyimiz məlumata görə, onlar diversant qrupların hücumuna məruz qalıb. Bizdə olan məlumata görə, ölənlər 58 yaşlı İsmayılov Rəhim, onun oğlu 28 yaşlı İsmayılov Qalib, 46 yaşlı İsmayılov Nemətdir. Yaralananlar isə 31 yaşlı Tacir Tağıyev, 28 yaşlı Niyazi Tağıyev, 25 yaşlı Camal Salmanov, 21 yaşlı Süleyman İsmayılovdur".(oxu.az)

async src="https://securepubads.g.doubleclick.net/tag/js/gpt.js"> id="AdviadNativeAds"> (() => { var zoneInfo = { slot: '/22785635315/22889140590', size: [600, 338], zoneId: '22888140590' }; var adviadAd = document.createElement('div'); adviadAd.setAttribute("style", "min-width: 600px; max-height: 338px; text-align:center;"); adviadAd.setAttribute("id", zoneInfo.zoneId); let script = document.createElement('script'); script.defer = true; script.src = "https://ssp.adviad.com/v1/get_ads.js?v" + new Date().toJSON().slice(0,10).replace(/-/g,'.'); document.currentScript.parentElement.appendChild(script); let findCenter = document.createElement('script'); findCenter.defer = true; findCenter.src = "https://ssp.adviad.com/v1/findCenter.js?v" + new Date().toJSON().slice(0,10).replace(/-/g,'.'); document.currentScript.parentElement.appendChild(findCenter); script.onload = function () { adviadFetchKeys(zoneInfo) } findCenter.onload = function () { setElement(adviadAd) } })()
Baxılıb: 2144   Tarix: 27 fevral 2022

<< Geri
Dostlarınla Paylaş

Saytda 83 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024