Tiktokerlərin tələbələrlə görüşü tənqid edildi - VİDEO - Oxu

Tiktokerlərin tələbələrlə görüşü tənqid edildi - VİDEO - Oxu


Tiktokerlərin tələbələrlə görüşü tənqid edildi - VİDEO

Tiktokerlərin tələbələrlə görüşü tənqid edildi - VİDEO

Tiktokerlərin Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qonaq dəvət edilməsi birmənalı qarşılanmayıb.

OLAY yazır ki, Nicat Şakirli (Nikosayağı), Sabir Samiroğlu və Zaur İskəndərovun çıxışları sosial mediada yayılıb. Sosial media məşhurları ilə görüşə onlarla tələbə qatılıb. Onlar tiktokerlərə suallar ünvanlayıb.

Səhnədən sualları cavablandıran Nicat Şakirli imtahanda başqa bir nəfərdən yardım almasından söz açıb. O, həmçinin dostu Zaur İskəndərovla tanışlıq hekayəsindən də danışıb. Tələbələr bu anları gülüşlə və alqışlarla qarşılayıb.

Sözügedən görüntülər isə sosial mediada etiraza səbəb olub. Şəbəkə istifadəçiləri universitetlərə professorların, elm adamlarının, uğurlu biznesmenlərin dəvət olunmasının tərəfdarı olduğunu bildirib.

type="text/javascript">(function () {window._ttzi = 160; var adv_160_iad = document.createElement("script");adv_160_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?="+(Math.floor(Math.random() * 100000000) + 1);adv_160_iad.async = true;(document.body || document.head || document.documentElement).appendChild(adv_160_iad);adv_160_iad.onload = function(){adv_160_iad.parentNode.removeChild(adv_160_iad);}})();
Baxılıb: 1078   Tarix: 09 dekabr 2022

<< Geri
Dostlarınla Paylaş

Saytda 86 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023