Qızın 6 yaşında ərə verilməsi, təcavüzə məruz qalması hadisəsi ilə bağlı YENİ XƏBƏR - Oxu

Qızın 6 yaşında ərə verilməsi, təcavüzə məruz qalması hadisəsi ilə bağlı YENİ XƏBƏR - Oxu


Qızın 6 yaşında ərə verilməsi, təcavüzə məruz qalması hadisəsi ilə bağlı YENİ XƏBƏR

Qızın 6 yaşında ərə verilməsi, təcavüzə məruz qalması hadisəsi ilə bağlı YENİ XƏBƏR

Türkiyədə günlərdir müzakirə olunan Yusuf Ziya Gümüşelin qızı H.K.G.-nin 6 yaşında ərə getməsi iddiaları ilə bağlı dəhşətli hadisə haqda yeni məlumatlar əldə edilib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Qızın atası, anası və evləndirildiyi şəxs Kadir İstekli haqqında "azyaşlının uzunmüddətli cinsi istismara məruz qalması", "təcavüzə məruz qoyma" maddələri ilə cinayət işi açılıb. Məhkəmə 22 may 2023-cü ildə keçiriləcək.

Xatırladaq ki, Türkiyədə 18 il imiş ki, 6 yaşlı qızın ərə verildiyi ortaya çıxıb. Həmin gündən etibarən qız Kadir İstekli tərəfindən cinsi istismara məruz qalıb. Onun 14 yaşında ana olduğu deyilir.

İllərdir evli olduğu və 14 yaşında uşaq dünyaya gətirdiyi şəxs tərəfindən cinsi istismara məruz qaldığını deyən qız ailəsindən şikayət edib. Hazırda 24 yaşı olan gənc qadının 6 yaşlı gəlinlikdə fotoları da ortaya çıxıb.

Prokurorluğun hadisə ilə bağlı hazırladığı ittihamnamədə 3 şübhəlinin ən az 27 il müddətinə azadlıqdan məhrum edilməsi tələb edilib. Bundan əlavə, prokuror H.K.G-nin həyat yoldaşı Kadirə qarşı cinsi təcavüz cəzası istəyib. Ata Yusuf Ziya Gümüşel, ana Fatma Gümüşel hazırda həbssiz mühakimə olunur.

Bu hadisə Türkiyədə rezonansa və müzakirələrə səbəb olub.

type="text/javascript">(function () {window._ttzi = 160; var adv_160_iad = document.createElement("script");adv_160_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?="+(Math.floor(Math.random() * 100000000) + 1);adv_160_iad.async = true;(document.body || document.head || document.documentElement).appendChild(adv_160_iad);adv_160_iad.onload = function(){adv_160_iad.parentNode.removeChild(adv_160_iad);}})();
Baxılıb: 56966   Tarix: 09 dekabr 2022

<< Geri
Dostlarınla Paylaş

Saytda 83 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023