"Azərbaycan boşanma sayına görə dünyada liderlərdən biridir" -Ekspert SƏBƏB - Oxu

"Azərbaycan boşanma sayına görə dünyada liderlərdən biridir" -Ekspert SƏBƏB - Oxu


"Azərbaycan boşanma sayına görə dünyada liderlərdən biridir" -Ekspert SƏBƏB

"Azərbaycan boşanma sayına görə dünyada liderlərdən biridir" -Ekspert SƏBƏB

11 oktyabr tarixini Beynəlxalq Qızlar Günü elan edib. 193 üzvlü BMT Baş Assambleyasında qəbul edilən qərar Türkiyə, Kanada və Peru tərəfindən hazırlanan qətnamə əsasında verilib. 2012-ci ildən etibarən 11 oktyabrın Beynəlxalq Qızlar Günü olaraq qəbul edilməsinə bütün üzv ölkələr səs verib. Qərarda iqtisadi inkişafda BMT-nin Minilliyin İnkişaf Proqramına nail olunması və qız uşaqlarının onlarla bağlı qərarların verilməsində iştirakının dəstəklənməsi və digər məqamlar öz əksini tapıb

Hazırda dünyada 1 milyarda qədər gənc yaşayır ki, onlardan da 600 milyonu yetkinlik yaşında olan qızlardır. Onlar gələcəyimizin qurulmasında böyük potensiala malikdir. Lakin, təəssüf ki, dünyanın bir çox yerlərində qızlar hər gün dayrı-seçkiliyə məruz qalırlar. Bəs Azərbaycan da zorakılığa məruz qalan, erkən yaşda evlənməyə məcbur qızlarla bağlı hansı addımlar atılımalıdır?

Məsələ ilə bağlı sosioloq Elçin Bayramlı Tatli.Biz-a açıqlama verib:

"İnsanın öz iradəsindən kənar, evləndirilməsi yolverilməzdir. Ölkəmizdə bəzi valideynlər imkanlı şəxslərlə qohumluq əlaqəsi qurmaq üçün, məcburi evliliklərə dəstək olur. Onlar özlərinin sosial-iqtisadi maraqlarına görə bu addımı atırlar. Bu isə böyük problemlər yaradır. Sonraki dövrlərdə bu səbəbdən boşanma hallarının sayı artır. Erkən yaşda evlilik məsələsi qəbuledilməzdir. Evliliyin qəbul olunmuş yaşı var. On səkkiz yaşlı bir şəxs öz istəyi ilə, zorakılıq olmadan ailə həyatı qura bilər.

Qızlara qarşı zorakılıq tekcə ailə daxilində deyil, eləcə də kənarda da baş verir. Bu isə artıq hüquqi məsələdir.Valideynlərin qızları hansısa qərara vadar etməsi cəzalandırılmalıdır. Əlbətdə uşaqların yeniyetmə dövründə nəzarət edilməlidir. Amma, bu o demek deyil ki, onları zoraki şəkildə neyəsə məcbur etmək olar. Valideynlərlə övlad arasında əlaqə güclü olmalıdır. Azərbaycan boşanma sayına görə dünyada liderlərdən biridir. Boşanma halları artıq 50 faizə yaxınlaşıb. Bu problemin artmasında bu faktorların çox böyük rolu var".

async src="https://securepubads.g.doubleclick.net/tag/js/gpt.js"> id="AdviadNativeAds"> (() => { var zoneInfo = { slot: '/22785635315/22889140590', size: [600, 338], zoneId: '22888140590' }; var adviadAd = document.createElement('div'); adviadAd.setAttribute("style", "min-width: 600px; max-height: 338px; text-align:center;"); adviadAd.setAttribute("id", zoneInfo.zoneId); let script = document.createElement('script'); script.defer = true; script.src = "https://ssp.adviad.com/v1/get_ads.js?v" + new Date().toJSON().slice(0,10).replace(/-/g,'.'); document.currentScript.parentElement.appendChild(script); let findCenter = document.createElement('script'); findCenter.defer = true; findCenter.src = "https://ssp.adviad.com/v1/findCenter.js?v" + new Date().toJSON().slice(0,10).replace(/-/g,'.'); document.currentScript.parentElement.appendChild(findCenter); script.onload = function () { adviadFetchKeys(zoneInfo) } findCenter.onload = function () { setElement(adviadAd) } })()
Baxılıb: 1079   Tarix: 11 oktyabr 2023

<< Geri
Dostlarınla Paylaş

Saytda 43 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024