DİQQƏT! Vətəndaşlara bilinməyən nömrələrdən müxtəlif iş təkliflərləri gəlir: "Sizi terror qruplarının səhifəsinə cəlb edə bilərlər" - Oxu

DİQQƏT! Vətəndaşlara bilinməyən nömrələrdən müxtəlif iş təkliflərləri gəlir: "Sizi terror qruplarının səhifəsinə cəlb edə bilərlər" - Oxu


DİQQƏT! Vətəndaşlara bilinməyən nömrələrdən müxtəlif iş təkliflərləri gəlir: "Sizi terror qruplarının səhifəsinə cəlb edə bilərlər"

DİQQƏT! Vətəndaşlara bilinməyən nömrələrdən müxtəlif iş təkliflərləri gəlir: "Sizi terror qruplarının səhifəsinə cəlb edə bilərlər"

"Sosial şəbəkələrdə dələduzluq istiqamətində müxtəlif təhlükəklər mövcuddur. Buna misal olaraq, virtual dilənçilik, OTP-ni (birdəfəlik təsdiq şifrəsi) ələ keçirmək üçün, inandırcı və aldadıcı cəhdlər, psixoloji və acındırcı yollardan istifadə edərək, pul yığmaq və s. göstərmək olar. Son vaxtlar bir çox şəxsin mənə yönləndirdiyi sualları da nəzərə alaraq, müşahidə edirəm ki, bilinməyən nömrələrdən müxtəlif formada iş təkliflərləri gəlməkdədir. Gündəlik baxış sayını artırmaq, ssenari əsasında haralarasa daxil olub, məlumat vermək və s. Bilinməyən nömrələrdən və istifadəçilərdən təkliflər gəlir ki, işdən kənarlaşmadan əlavə qazanca sahib ola bilərsiniz. Bu üsulun adı "Fishing"-dir (Balıq ovu). Yəni təsadüfən seçilən nömrələrə bu tipli mesaj göndərilir və ya istifadəçi öz nömrəsini etibarsız mənbələrdə qeydiyyatdan keçirmiş ola bilər və ya qeydiyyatdan keçilən yerlərin məlumatı sızdırması nəticəsində nömrələr naxoş niyyətli insanların əlinə keçmiş ola bilər".

Bu sözləri Tatli.Biz açıqlamsında İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti
Bəhruz Əliyev deyib.

Ekspert bu tipli işlərdə iz itirmək üçün, adətən xarici virtual nömrələr və maliyyə əməliyyatlarını da kriptovalyuta ilə aparıldığını vurğulayıb:

"Bu tipli işlərdə iz itirmək üçün, adətən xarici virtual nömrələr və maliyyə əməliyyatlarını da kriptovalyuta ilə aparırlar. Yazdıqları məbləğ sadəcə şirnikləndirici rəqəmdir. Məsələnin real olmasını fərz etsək belə bu məbləği qazanmaq üçün, bütün işini kənara qoyub bu tipli mənasız və qeyri-normal işlə məşğul olmaq məcburiyyəti yaranır. Ola bilər ki, sizi teror qruplarının səhifəsinə, dövlətin əlayhinə olan işlərə cəlb edə bilərlər və ya hansısa düzgün olmayan məlumatları baxış sayı ilə ucuz qiymətə gündəmdə saxlamaq üçün, istifadə edə bilərlər. Onlar peşəkar formada öz izlərini itirə bilərlər amma "Fishing"-ə məruz qalan sadə vətəndaşların isə, elektron izləri onu hüquq qarşısında cətin vəziyyətə sala bilər və cavab verməyə məhkum edilə bilər. Eyni zamanda xəbəriniz olmadan etimadınızı bir müddət qazandıqdan sonra, sizə göndərilən linklərlə məlumatlarınızı, bank hesablarınızdakı pulları və s. şəxsi məlumatlarınızı əldə edə bilərlər. Dələduzluğun çərçivəsi kifayət qədər genişdir və əsla aldanmamaq və əlaqədar mütəxəssislərdən tövsiyyə alaraq, hərəkət etmək məqsədə uyğundur. Düzgün maliyyə işi görən şəxsin özünü gizlətməyə məcbur olmadığını bilməliyik. Tövsiyyə olunur ki, bu tipli mesajları açmadan bloklayasınız və şikayət edəsiniz".

async src="https://securepubads.g.doubleclick.net/tag/js/gpt.js"> id="AdviadNativeAds"> (() => { var zoneInfo = { slot: '/22785635315/22889140590', size: [600, 338], zoneId: '22888140590' }; var adviadAd = document.createElement('div'); adviadAd.setAttribute("style", "min-width: 600px; max-height: 338px; text-align:center;"); adviadAd.setAttribute("id", zoneInfo.zoneId); let script = document.createElement('script'); script.defer = true; script.src = "https://ssp.adviad.com/v1/get_ads.js?v" + new Date().toJSON().slice(0,10).replace(/-/g,'.'); document.currentScript.parentElement.appendChild(script); let findCenter = document.createElement('script'); findCenter.defer = true; findCenter.src = "https://ssp.adviad.com/v1/findCenter.js?v" + new Date().toJSON().slice(0,10).replace(/-/g,'.'); document.currentScript.parentElement.appendChild(findCenter); script.onload = function () { adviadFetchKeys(zoneInfo) } findCenter.onload = function () { setElement(adviadAd) } })()
Baxılıb: 890   Tarix: 13 noyabr 2023

<< Geri
Dostlarınla Paylaş

Saytda 81 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024