Politico: "Yeni proqramın hazırlanması Cənubi Qafqaz regionunun iqtisadi inkişafına töhfə verə bilər" - Oxu

Politico: "Yeni proqramın hazırlanması Cənubi Qafqaz regionunun iqtisadi inkişafına töhfə verə bilər" - Oxu


Politico: "Yeni proqramın hazırlanması Cənubi Qafqaz regionunun iqtisadi inkişafına töhfə verə bilər"

Politico: "Yeni proqramın hazırlanması Cənubi Qafqaz regionunun iqtisadi inkişafına töhfə verə bilər"

"Qarabağ məsələsinin həlli və əvvəllər işğal olunmuş ərazilərin qaytarılması Azərbaycanın Cənubi Qafqaz regionunda konstruktiv rol almasına imkan yaradır".

"Report" xəbər verir ki, bu fikir Ceymstaun Fondunun baş elmi işçisi Yanuş Buqayskinin "Politico" qəzetində dərc olunan məqaləsində yer alıb.

Müəllif qeyd edib ki, rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün ABŞ və Aİ kimi Qərb qüvvələri, eləcə də Türkiyə vasitəçilik prosesində aparıcı rol oynamalıdır.

Onun fikrincə, adıçəkilən ölkələr bölgədə təhlükəsizlik əlaqələrini və iqtisadi qarşılıqlı əlaqəni gücləndirməyə kömək edə biləcək belə bir nizamlanmadan yalnız qazanc əldə edəcəklər.

Məqalədə qeyd olunub ki, Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirləri "etnik təmizləmə" həyata keçirmək məqsədi daşımayıb və bu, beynəlxalq təşkilatların, o cümlədən BMT missiyasının hesabatlarında öz əksini tapıb.

Müəllifin fikrincə, Bakı ilə İrəvan arasında ticarət əlaqələrinin qurulması, Ermənistanla Türkiyə arasında tamhüquqlu diplomatik münasibətlər, eləcə də yeni regional inkişaf proqramının hazırlanması bütövlükdə regionun iqtisadi inkişafına töhfə verə bilər.

Ceymstaun Fondunun baş elmi işçisi həmçinin Xəzər hövzəsini Türkiyə və digər ölkələrlə birbaşa birləşdirən mühüm ticarət yolu ola biləcək Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğulayıb.

async src="https://securepubads.g.doubleclick.net/tag/js/gpt.js"> id="AdviadNativeAds"> (() => { var zoneInfo = { slot: '/22785635315/22889140590', size: [600, 338], zoneId: '22888140590' }; var adviadAd = document.createElement('div'); adviadAd.setAttribute("style", "min-width: 600px; max-height: 338px; text-align:center;"); adviadAd.setAttribute("id", zoneInfo.zoneId); let script = document.createElement('script'); script.defer = true; script.src = "https://ssp.adviad.com/v1/get_ads.js?v" + new Date().toJSON().slice(0,10).replace(/-/g,'.'); document.currentScript.parentElement.appendChild(script); let findCenter = document.createElement('script'); findCenter.defer = true; findCenter.src = "https://ssp.adviad.com/v1/findCenter.js?v" + new Date().toJSON().slice(0,10).replace(/-/g,'.'); document.currentScript.parentElement.appendChild(findCenter); script.onload = function () { adviadFetchKeys(zoneInfo) } findCenter.onload = function () { setElement(adviadAd) } })()
Baxılıb: 505   Tarix: 18 noyabr 2023

<< Geri
Dostlarınla Paylaş

Saytda 52 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024