Avropanın ən qeyri-adi 10 qala və sarayı (SİYAHI) - Oxu

Avropanın ən qeyri-adi 10 qala və sarayı (SİYAHI) - Oxu


Avropanın ən qeyri-adi 10 qala və sarayı (SİYAHI)

Avropanın ən qeyri-adi 10 qala və sarayı (SİYAHI)

Avropa qitəsi bütün mümkün memarlıq üslublarında çoxsaylı qalalar və saraylarla məşhurdur. Çox vaxt onlar mənzərəli yerlərdə yerləşir və əfsanələrlə örtülür. Buna görə də Avropaya gələn turistlərin əksəriyyəti üçün mütləq görməli yerdir.

Qaynarinfo xəbər verir ki, "Daily Express" qitəyə səyahətiniz zamanı mütləq ziyarət etməli olduğunuz Avropanın 10 ən qeyri-adi qalasının siyahısını hazırlayıb.

1. Şato de Şambird, Fransa - Fransanın Luara Vadisindəki ən böyük şato olan Şambord 16-cı əsrin birinci yarısında Kral I Fransisk üçün ov evi kimi tikilib. Fransız inqilabından sonra bir müddət tərk edilib, lakin indi ictimaiyyətə açıqdır. Ümumilikdə qalada 400-dən çox otaq və 80-dən çox pilləkən var.

2. Eylin Donan qəsri, Şotlandiya - Üç gölün qovuşduğu bir adada yerləşən Şotlandiyanın ən simvolik yerlərindən biridir. Qala 13-cü əsrdə tikilib, lakin o vaxtdan bəri bir neçə dəfə yenidən qurulub. Turistlər qalanın demək olar ki, hər yerini ziyarət edə bilərlər.

3. Korvin qalası, Rumıniya - Avropanın ən böyük qalalarından biridir və Rumıniyanın 7 möcüzəsindən biri hesab edilir. O, bir neçə mərhələdə tikilib və Cəngavərlər Zalı və Parlament Zalı var.

4. Noyşvanşteyn qalası, Almaniya - Bəlkə də dünyanın ən məşhur qalası, Disneyin məşhur Zoluşka qalası üçün də ilham mənbəyi hesab olunur. 19-cu əsrə aid qala Alp dağlarının ətəyində yerləşir və hər il bir milyondan çox turist tərəfindən ziyarət edilir. Təsirli görünüşünə baxmayaraq, onun tikintisi heç vaxt başa çatmayıb və onu öz iqamətgahı kimi tikən Bavariya kralı II Lüdviqin demək olar ki, orada yaşamağa vaxtı olmayıb.

5. Konvi qalası, Uels - Uels Avropada hər kvadrat kilometrə ən çox qalaya sahibdir və Konvi ölkənin ən təsirli qalalarından biridir. Bu orta əsr qalası Kral I Edvard tərəfindən cəmi dörd il ərzində tikilib və bu günə qədər inanılmaz dərəcədə yaxşı qorunub saxlanılıb.

6. Alkazar qalası, Seqoviya, İspaniya. Bu orta əsr qalası dünyanın ən təsirli qaya qalalarından biridir. Qala bu illər ərzində 22 şahın məskəni olub və çoxsaylı tarixi hadisələrin baş verdiyi məkana çevirilib. Məhz burada Kristofer Kolumb və katolik kral Ferdinand arasında son görüş baş tutub.

7. Trakay qalası, Litva - Qala Qalve gölünün mərkəzində - Trakay adasında yerləşir. Onun tikintisi 14-cü əsrdə başlayıb, sonra 1950-1960-cı illərdə yenidən qurulub və bu gün məşhur turistik məkandır. Trakay vaxtilə Litva Böyük Hersoqluğunun əsas mərkəzlərindən biri olub.

8. Pena sarayı, Portuqaliya - Bu rəngarəng saray Sintrada, Portuqaliyanın paytaxtı Lissabondan bir neçə dəqiqəlik məsafədə yerləşir. Romantik qala 1854-cü ildə tikilib və Portuqaliyanın 7 möcüzəsindən biridir. Bu, məşhur turizm məkanıdır və "Instagram" fotoşəkilləri üçün fantastik bir fondur.

9. Akershus qalası, Norveç - Bu qala Norveçin paytaxtı Osloda yerləşir. Əvvəlcə qala şəhəri qorumaq üçün tikilsə də, sonradan kral iqamətgahına çevrilib.

10. Şenbrunn qalası, Avstriya - Bu saray Habsburq hökmdarlarının əsas yay iqamətgahı kimi xidmət eedib və onun adı "gözəl bahar" deməkdir. Sarayda 1400-dən çox otaq var və onun bağları inanılmaz dərəcədə gözəldir.

async src="https://securepubads.g.doubleclick.net/tag/js/gpt.js"> id="AdviadNativeAds"> (() => { var zoneInfo = { slot: '/22785635315/22889140590', size: [600, 338], zoneId: '22888140590' }; var adviadAd = document.createElement('div'); adviadAd.setAttribute("style", "min-width: 600px; max-height: 338px; text-align:center;"); adviadAd.setAttribute("id", zoneInfo.zoneId); let script = document.createElement('script'); script.defer = true; script.src = "https://ssp.adviad.com/v1/get_ads.js?v" + new Date().toJSON().slice(0,10).replace(/-/g,'.'); document.currentScript.parentElement.appendChild(script); let findCenter = document.createElement('script'); findCenter.defer = true; findCenter.src = "https://ssp.adviad.com/v1/findCenter.js?v" + new Date().toJSON().slice(0,10).replace(/-/g,'.'); document.currentScript.parentElement.appendChild(findCenter); script.onload = function () { adviadFetchKeys(zoneInfo) } findCenter.onload = function () { setElement(adviadAd) } })()
Baxılıb: 457   Tarix: 14 may 2024

<< Geri
Dostlarınla Paylaş

Saytda 25 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024