Rusiya Ukraynanı bombaladı - Oxu


Rusiya Ukraynanı bombaladı

Rusiya Ukraynanı bombaladı

Rusiya ordusunun Ukraynanın Xarkov vilayəti və Xerson vilayətinə endirdiyi hücumlar nəticəsində son 24 saat ərzində 9 nəfər həyatını itirib, 47 nəfər yaralanıb.

Tatli.Biz Associated Press-ə istinadən xəbər verir ki, Ukrayna mediasının yaydığı məlumata görə, Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, Rusiya qüvvələri vilayətin özü də daxil olmaqla 17 yaşayış məntəqəsinə raket, idarəolunan aviabomba və müxtəlif tipli pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Hücum nəticəsində 3 nəfər ölüb, 21 nəfər isə yaralanıb.

Aleksandr Prokudin isə qeyd edib ki, Rusiya ordusu Xerson vilayətindəki yaşayış məntəqələrini də atəşə tutub.

Onun sözlərinə görə, hücumlar nəticəsində 6 nəfər həlak olub, 26 nəfər yaralanıb. Yaralananlar arasında bir uşağın da olduğu bildirilib.

Müəllif: İlkin Məmmədkərimov


Baxılıb: 238   Tarix: 04 iyun 2026

<< Geri
Dostlarınızla Paylaş

Saytda 146 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026