|
|
Tatli.Biz Əyləncə Portalı |
Dil: |

Məlumata görə, buna səbəb Rusiyanın Ukraynada mülki əhaliyə qarşı hücumları, eləcə də Rumıniya ərazisində yaşayış binasına pilotsuz uçuş aparatının düşməsi olub.
Tatli.Biz The Guardian-a istinadən xəbər verir ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, NATO ərazisində dinc sakinlərə qarşı həyata keçirilən hücumlar Ukraynada müharibədən əziyyət çəkən mülki insanların yaşadıqları faciələri bir daha gündəmə gətirir.
Rəsmi London həmçinin vurğulayıb ki, Böyük Britaniya Ukrayna, Rumıniya və digər NATO üzvlərinin yanında olmağa davam edəcək və alyans ərazisinin hər qarışını qorumaqda qərarlıdır.
Xatırladaq ki, Rumıniya Müdafiə Nazirliyi mayın 29-da Rusiyanın Ukraynaya gecə hücumu zamanı pilotsuz təyyarələrdən birinin Rumıniya hava məkanına daxil olduğunu açıqlayıb. Bildirilib ki, dron yaşayış binasına çırpılıb, nəticədə iki nəfər yaralanıb.
Müəllif: İlkin Məmmədkərimov