XOŞBƏXTLİK üçün nə qədər PUL lazımdır ? - Psixologiya

XOŞBƏXTLİK üçün nə qədər PUL lazımdır ? - Psixologiya


XOŞBƏXTLİK üçün nə qədər PUL lazımdır ?
XOŞBƏXTLİK üçün nə qədər PUL lazımdır ?
Xoşbəxtlik üçün nə qədər pul lazımdır ? Kaş ki, mənə bir milyon verərdilər və mən əsl insan kimi yaşaya biləydim...Bu cür fikirlər hər birimizin ağlına həyatımız boyunca heç olmasa bir dəfə gəlir.Biz nə qədər pul qazansaq da bu bizə kifayət etmir.Axı nə üçün bu belədir ?

Tatli.Biz xəbər verir ki, Böyük Britaniyada mütəmai olaraq sorğu keçirən psixoloqlar maraqlı bir faktı araşdırmışdır – baxmayaraq ki, britaniyalıların güzəranı və maddi durumu yaxşı olsada, oların xoşbəxtlik halı bununla heç də o qədər də yaxşılığa doğru çox da dəyişməmişdir.Mənəvi olaraq həyatından narazıçılıq da həmçinin böyük və daha inkişaf etmiş ölkələrdə daha çox qeydə alınır.

Psixoloqlar təkid edir ki, əgər sizin dostunuzun (qonşunuz, qardaşınız ) gəliri 1 deyil 2 milyondursa, sizin 1 milyonluq gəliriniz sizə xoşbəxtlik gətirməyəcək.
Sübut olunub ki, indiki dövrdə rəqabət hissi həddindən çoxdur və bu da insanların nə qədər çox pul qazanarsa qazansın onların heç nə ilə kifayətlənə bilməmələrinə səbəb olur.Bu dövrdə həmçinin sui – istifadə halları da çoxalmaqdadır – puldan sui – istifadə, informasiyadan sui – istifadə, seçimdən sui – istifadə, azadlıqdan sui – istifadə və s.

İnsanlar maddiyyata o qədər çox meyil ediblər ki, onları mənəvi olaraq artıq demək olar ki, heç nə sevindirmir.Buna görə də hər bir kəs belə bir çətin dövrdə öz əhvalını yüksəldəcək və ruh yüksəkliyi yaradacaq hadisələri tapıb kəşf etməlidir.

Unutmayın, həyatına daha çox məna və anlam qatmaq hərbirimizin öz əlindədir.Bunu hər kəs özündə özü kəşf etməlidir.Kimlərdə isə bu maddi maraqlarla, kimlərdə isə mənəvi maraqlarla xarakterizə olunur.


Dostlarınla Paylaş

Saytda 156 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024