“Sekssiz və həyəcansız evlilik...” - PSİXOLOQLARDAN HƏYƏCAN TƏBİLİ - Psixologiya

“Sekssiz və həyəcansız evlilik...” - PSİXOLOQLARDAN HƏYƏCAN TƏBİLİ - Psixologiya


“Sekssiz və həyəcansız evlilik...” - PSİXOLOQLARDAN HƏYƏCAN TƏBİLİ
“Sekssiz və həyəcansız evlilik...” - PSİXOLOQLARDAN HƏYƏCAN TƏBİLİ
Evliliyi yavaş-yavaş öldürən bir çox səbəb ola bilər. Bunlar arasında uşaq sahibi ola bilməmə, maddi problemlər, müxtəlif mövzularda bir-birlərinə yalan danışma və haqqında az və ya çox danışılan məsələlər var. Psixoloqlar isə daha çox sonuncu mövzu üzərində dayanırlar. Tatli.Biz evliliyin bitməsinə səbəb olan məqamları bu cür sıralayır:

Dostlarınız olsun

Cütlüklərin digər fərdlərlə dost olmaları çox əhəmiyyətlidir. Psixoloq Ryan Houves cütlüklərin birlikdə zaman keçirmələrinin əhəmiyyətli olduğunu deyir: “Ancaq müstəqil olaraq da dostluqlar quraraq bu münasibət sayəsində əlaqələrini inkişaf etdirər, başqa təcrübələr əldə edə bilərlər və yeni dünyagörüşləri qazanma fürsəti əldə edərlər. Cütlüklərin münasibətləri onların dostluq əlaqələri qura biləcəkləri mövzusunda özlərinə güvənmələri baxımından əhəmiyyətlidir”.

Dostlara diqqət

Sosial şəbəkədə dostluq münasibətlərinə də diqqət etmək lazımdır. Çünki bəzi tanışlıqların mənfi nəticəsi ola bilər: “Səhv dostluqlar və yanlış münasibətlər sizin ümumi münasibətlərinizə zərbə vura bilər. Dost və tanışlarınızın bəzi davranışları sizin həyat yoldaşınızla münasibətinizə təsir edər. Onların öz həyat yoldaşları ilə yaşadığı gərginlik sizə də yoluxa bilər. Yanlış münasibət və davranışlar yoluxucudur. Ətrafınız sağlam evliliyi olan insanlarla əhatəli olsun. Bu, sizin də həyat yoldaşınızla münasibətinizdə də əksini tapacaq”.

Cinsi həyat əhəmiyyətlidir

Terapevt Debra Campell isə cütlüklərin münasibətində seksin əhəmiyyətli olduğuna diqqət çəkir. Cütlüklər yalnız "xüsusi günlərdə" (ad günləri, bayram günləri və ildönümləri) sekslə məşğul olurlarsa, demək, artıq həyəcan təbili çalınmalıdır: “Sekssiz və həyəcansız evlilik uçuruma gedir. Hər gün sekslə məşğul olmaq məcburiyyətində deyilsiniz. Ancaq bir-birinizi istədiyinizi və əhəmiyyət verdiyinizi göstərən kiçik toxunuşlar çox əhəmiyyətlidir. Seks tamamilə atəşli cinsi əlaqə və ya orqazm deyil. Vacib olan cütlüklərin hələ istənildiyini bilmələri və bir-birləri üçün xüsusi olduqları, bir-birinə ehtiyac hiss etmələridir”.

Ev işlərinə biganə yanaşmayın

Terapevtlər cütlüklərin ev işlərini aralarında bölüşməyin münasibətlərə müsbət təsiri olduğunu deyirlər. 2015-ci ildə aparılan araşdırmalardan birinin nəticəsinə görə, ev işləri və ailə məsuliyyətlərini paylaşmayan cütlüklər münasibətlərindən kifayət qədər zövq almırlar. Üstəlik, onların seks həyatları da yaxşı olmur: “Bu, evliliyin ilk illərində əhəmiyyətli məsələ kimi qəbul edilmir. Lakin irəliləyən zamanlarda böyük problemlərə yol aça bilər. Kimin təmizkar və ya səliqəsiz olması əhəmiyyətli deyil. Əsl əhəmiyyətli olan təmizkar olanın deyingən olmaması, dağınıq olan tərəfin da vaxtaşırı məsuliyyəti paylaşmaq mövzusunda istəkli və səmimi olmasıdır”.

Sonuncu dəfə nə vaxt sevildiyini hiss etmisən?”, – deyə soruşun

Terapevt Liz Higgins isə düşüncəli və səmimi ünsiyyətin vacib olduğunu vurğulayır. Cütlükülərin yalnız “günün necə keçdi, əzizim?” və ya “bu həftəsonu nə edəcəyik?” kimi qısa suallarla monotonlaşmış bir ünsiyyət içində deyil, dərin və səmimi ünsiyyətdə olmalarının əhəmiyyətinə diqqəti çəkir: “Bu gün bir cütlük olaraq nəyi yaxşı etdik? Bu gün münasibətimizə qatqısı olacaq nə etdik? Sənin üçün nə edə bilərəm? Bu gün nə zaman mənimlə rahatlıq tapdığını və sevildiyini hiss etdin? Bu cür suallar verin. Başlanğıcda bu, mənasız kimi görünə bilər. Lakin zamanla bu cür ünsiyyətin böyük faydasını görəcəksiniz. Cütlüklər həftədə bir dəfə bir araya gələrək yalnız münasibətləri haqqında danışmalıdırlar. Bu formada gələcəkdə yarana biləcək inciklik və ünsiyyət qopuqluğunu asanlıqla aradan qaldıra bilərlər”.

Yalnız evi və bank hesabını paylaşırsınız?

Psixoterapevt Laura Heck bildirir ki, cütlüklərin ev yoldaşı, evi paylaşan insanlar kimi davranmağa başlaması təhlükədən xəbər verir: “Yalnız evi, bank hesabını və uşaqları paylaşmaq üzərinə qurulan evliliklər yaşayan cütlüklər təcili olaraq özlərini yeniləməli, münasibətlərinə həyəcan qatmağın yollarını axtarmalıdırlar”.

Bununla yanaşı, mütəxəssis bildirir ki, cütlüklərin ortaq maraq sahələri ilə əlaqədar yemək və ya idman fəaliyyətləri kimi kurslarda iştirak etmələri də böyük əhəmiyyət daşıyır.


Dostlarınla Paylaş

Saytda 19 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024