Üzük taxdığın barmağını göstər, deyim kimsən - TEST - Psixoloji Testlər

Üzük taxdığın barmağını göstər, deyim kimsən - TEST - Psixoloji Testlər


Üzük taxdığın barmağını göstər, deyim kimsən - TEST
Üzük taxdığın barmağını göstər, deyim kimsən - TEST
Psixoloqların fikrincə, aksessuarlardan istifadə vərdişləri də insanın xarakterindən xəbər verir. Məsələn, üzüyü, əsasən, hansı barmağınıza taxırsınız? Üzük üçün seçdiyiniz həmin barmaq sizin hər hansı yaxşı xüsusiyyətinizin, bəlkə də çox pis xasiyyətinizi ətrafınızdakılara göstərə bilər.

Elə siz özünüz də ətrafınızdakı insanların üzüyü hansı barmağa taxdıqlarına diqqət etməklə onları daha yaxşı tanıya bilərsiniz.

Baş barmağa üzük taxan insan özündən çox əmindir. Bu həm kişilər, həm də qadınlar üçün keçərlidir.

Qədim Yunanıstanda kişilər cinsi baxımdan güclü olduqlarını göstərmək üçün baş barmaqlarına üzük taxıblar.

Baş barmağa üzük taxmağı xoşlayan qadınlar inadkar və qəzəbli olurlar.

Sağ əlin işarə barmağına üzük taxmağı xoşlayanlar güc və iqtidar həsrəti ilə yanıb tutuşanlardır. Belə insanlar hamıdan tərif eşitmək, diqqət mərkəzində olmaq arzusundadırlar.

Sol əlin işarə barmağına üzük taxmağı sevənlərin isə özlərinə inamları tam olur. Onlar çox güclü bir xarakterə sahib olurlar.

Üzüyü orta barmağında olanlar şən, zarafatcıl və özlərini tərifləməkdən zövq alan insanlardır. Onlar daim diqqət mərkəzində olmağı bacarır və bundan həzz alırlar. Onlar hər hansı bir məsələ ilə bağlı qərar verərkən heç kimin təsiri altında qalmırlar. Doğru ilə yanlışı ayıra bilirlər.

Qeyd edək ki, tarixdə ən seksual qadınlardan biri olan Merilin Monro da orta barmağa üzük taxmağı xoşlayıb.

Məlumdur ki, evlilik üzüyü adsız barmağa taxılır. Qədim misirlilər sağ əlin adsız barmağından ürəyə gedən bir damar olduğunu düşünüblər. Onlar bu damarı "vena amoris", yəni "eşq damarı" adlandırıblar. Məhz buna görə də, davamlı və uğurlu olması üçün evlilik üzüyünü bu barmağa taxıblar.

Ailəli olmadığı halda sağ əlin adsız barmağına üzük taxanlar da var. Tatli.Biz bildirir ki, Psixoloqlar belə insanların əslində fərqində olmadan evlilik, romantika arzularını əks etdirdiklərini bildirirlər. Belə insanlar xəyalpərəst olurlar.

Nişanlı olmadığı halda sol əlin adsız barmağına üzük taxmağı sevənlər də az deyil. Onların problemləri həll etmək bacarıqları yüksəkdir. Yaradıcılıq sahələrində fövqəladə bacarıqları var.

Çeçələ barmağa üzük taxanlar isə yaradıcı və qeyri-adi insanlar olurlar. Hiyləgərdirlər, istədikləri hər şeyi əldə edə bilirlər. Hansı sahədə karyera qurmalarından asılı olmayaraq, sürətlə yüksəlməyə qadir olurlar.


Dostlarınla Paylaş

Saytda 71 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023