Qadınlarda ombanın böyüməsinin SƏBƏBİ bəlli oldu - Qadın Dünyası

Qadınlarda ombanın böyüməsinin SƏBƏBİ bəlli oldu - Qadın Dünyası


Qadınlarda ombanın böyüməsinin SƏBƏBİ bəlli oldu
Qadınlarda ombanın böyüməsinin SƏBƏBİ bəlli oldu
Qida maddələrinin yağ şəkilində toplanması bədənin temperaturunu sabit saxlayır. Orqanizmin təkamülü nəticəsində vücudumuz üçün faydalı mineral, vitamin və digər maddələrlə bol olan bu yağlar ən çox qarın və omba hissəsində toplanır.

Tatli.Biz xəbər verir ki, adətən çəki artan zaman qadınlarda omba, kişilərdə isə qarın hissəsi daha çox şişir.

Genetiklərin araşdırması nəticəsində bəlli olub ki, bu, təsadüfi deyil. Belə ki, insan orqanizmi hər iki cinsdə təkamülə uğrayaraq müxtəlif yöndə dəyişib.

Qədim zamanlarda kişilər ova çıxar, günlərinin böyük hissəsini meşələrdə keçirərdilər. Qadınlar isə daha çox alaçıq və mağaralarda oturar, yeni nəsil dünyaya gətirərdilər. Həyatlarının böyük hissəsini nəsil artımına sərf edən qadınların göbək nayihəsi hamiləlik zamanı kifayət qədər dəyişikliyə uğradığı üçün yağ yığını qarında deyil omba hissəsində toplanırdı. Hamiləlik zamanı deformasiyaya uğrayan daxili orqanlar üstəlik yağ toplanmasına tab gətirə bilməzdilər. Bu səbəbdən də çəki artımı zamanı kişilərdə qarın, qadınlarda isə omba və aşağı ətrafların həcmi daha çox artır.
Dostlarınla Paylaş

Saytda 152 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024