39 yaşı var, 44 uşaq dünyaya gətirib - Fotolar


Yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin

39 yaşı var, 44 uşaq dünyaya gətirib - Fotolar

Hazırda ən çox uşaq dünyaya gətirən qadın Uqandada yaşayır.

"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, Mariam Nabatanzi adlı qadın 44 uşaq dünyaya gətirib.

Hazırda 39 yaşı olan Nabatanzi 12 yaşında ərə verilib. İlk uşağını isə 13 yaşında olarkən qucağına alıb. Daha sonra onun 6 dəfə əkiz, 4 dəfə üçəm və 3 dəfə isə dördəm uşağı olub.

Məlumata görə, ailə başçısı 3 il öncə onları tərk edib. İndi qadın övladlarını tək böyütməyə çalışır.

Maraqlısı budur ki, Nabatanzi özü 45 uşaqlı ailənin övladıdır. Belə ki, onun atasının bir neçə qadından 45 uşağı olub.
39 yaşı var, 44 uşaq dünyaya gətirib - Fotolar
39 yaşı var, 44 uşaq dünyaya gətirib - Fotolar
39 yaşı var, 44 uşaq dünyaya gətirib - Fotolar

Dostlarınızla Paylaş

Saytda 157 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2025