ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir - Rektor

ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir - Rektor


Yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin

ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir - Rektor

ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir - Rektor
ADA Universiteti fəaliyyətdə olduğu 17 il ərzində keyfiyyətli müəllimlərin axtarışını və yetişdirilməsini qarşısına prioritet məqsəd kimi qoyub.
Tatli.Biz Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.
"Əgər ilkin mərhələdə biz onları Azərbaycanın müstəqilliyinin ilk illərində elm həvəsi ilə xaricə gedən və aparıcı universitetlərdə təhsilini bitirənlər arasında tapırdıqsa, sonrakı illərdə onların sırasına Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş xaricdə təhsil üzrə Dövlət Proqramının məzunları qoşuldu.
Lakin qarşımızda duran təhsilin inkişaf prioritetlərini nəzərə alsaq, keyfiyyətli müəllim yetişdirmək missiyasını sadəcə xaricdən məzunların tapılmasından asılı edə bilmərik", - deyə Hafiz Paşayev bildirib.
Rektor ADA Universitetinin milli irsi davam etdirərək ölkəmizdə yüksəkixtisaslı müəllimlər yetişdirmək üçün 3 ildir ki, "Bir Müəllimin Manifesti" proqramını həyata keçirdiyini qeyd edib: "Biz burada illərlə topladığımız elmi-pedaqoji təcrübəni bölgələrdəki məktəblərə və müəllimlərə çatdırmağa çalışırıq. Universitetimiz rayonlarda qabaqcıl müəllimləri ixtisasartırma üçün ADA-ya gətirir. Həmin müəllimlər, həmçinin ADA Universitetinin Vaşinqton Mərkəzində beynəlxalq təhsil təcrübəsi ilə tanış ola bilirlər.
ADA Universitetinin rektoru diqqətə çatdırıb ki, dünya iqtisadiyyatının və iş bazarının sürətlə dəyişməsi ali təhsildə yeni modellərin tətbiqini tələb edir, onun daha çevik və qısa müddətli olmasına imkan yaradır: "Gənclər qısa zamanda həm bilik, həm bacarıq qazanaraq əmək bazarına tam gərəkli olmaq istəyir. Bu məqsədlə hazırda ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir. Belə proqramlar ali təhsili xüsusilə bölgələrdəki gənclərimizə daha əlçatan edəcək.
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" qarşımıza başlıca vəzifə kimi Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək üçün insan kapitalının hazırlanmasını qoyur. Belə rəqabət mühitində universitetlər tədqiqat və innovasiya mərkəzlərinin fəaliyyətini artırmalıdır".
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 127 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024