AMEA alimləri qatarların təhlükəsizliyi üçün yeni layihələr hazırlayıblar

AMEA alimləri qatarların təhlükəsizliyi üçün yeni layihələr hazırlayıblar


Yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin

AMEA alimləri qatarların təhlükəsizliyi üçün yeni layihələr hazırlayıblar

AMEA alimləri qatarların təhlükəsizliyi üçün yeni layihələr hazırlayıblar
Azərbaycan Milli Elmlər Akademiyasının alimlərinin layihəsi əsasında "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizi boyunca hərəkət edəcək qatarlarda müasir səviyyədə təhlükəsizlik sisteminin qurulması təklif edilir.
Azərbaycan Milli Elmlər Akademiyasından Tatli.Biz-a verilən məlumata görə, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev bildirib ki, institutun əməkdaşları "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizi üçün "dəmir yolu yatağının təhlükəsizliyi", "öncədən seysmik xəbərdarlıq sistemi" kimi layihələr hazırlayıblar.
"Şərq-Qərb" nəqliyyat dəhlizinin Azərbaycana gələcəkdə böyük iqtisadi fayda verəcəyini deyən T.Əliyev qeyd edib ki, bu dəhliz boyunca hərəkət edəcək qatarların sürəti çox yüksək olacaq: "Qatar sürətlə keçdikcə onun təhlükəliliyi artır. Digər tərəfdən, Azərbaycan seysmik ölkədir. Buna görə də bir necə problemin həlli lazımdır. Bunun üçün seysmik sistemin olması lazımdır ki, bunun əsasında qatarın sürəti müəyyən edilsin.Əgər seysmik proses baş veribsə, relslərdə müəyyən nasazlıqlar baş verə bilər. Bununla bağlı da xəbərdarlıq sisteminin olması da lazımdır ki, qatarda qəza baş verməsin".
T.Əliyevin sözlərinə görə, institut tərəfindən təklif olunan layihələr artıq uğurla sınaqdan keçirilib.
Akademik bu layihələrin "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizinin iştirakçıları olan Gürcüstan, Polşa və digər ölkələr tərəfindən də maraqla qarşılandığını vurğulayıb.

Dostlarınla Paylaş

Saytda 137 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024