AMEA-da direktor və direktor müavini nöqsanlara görə işdən azad edildilər

AMEA-da direktor və direktor müavini nöqsanlara görə işdən azad edildilər


Yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin

AMEA-da direktor və direktor müavini nöqsanlara görə işdən azad edildilər

AMEA-da direktor və direktor müavini nöqsanlara görə işdən azad edildilər
AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad ediliblər.
Akademiyadan Tatli.Biz-a verilən məlumata görə, Radiasiya Problemləri İnstitutunda 2018-2020-ci illər üzrə kadr, kargüzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsədilə 2021-ci ilin 7-12 yanvar tarixlərində yoxlama aparılıb. Yoxlama zamanı bir sıra nöqsan və çatışmazlıqlar aşkarlanıb.
Qeyd edilənləri nəzərə alaraq, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad ediliblər. O.Səmədovun Radiasiya Problemləri İnstitutunda rəhbərlik etdiyi laboratoriyada elmi fəaliyyətini davam etdirməsi qərara alınıb. Həmçinin müəssisənin bir sıra əməkdaşları barəsində əmək intizamı tədbirləri görülüb.

Dostlarınla Paylaş

Saytda 70 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023