AMEA koronavirusla bağlı yeni bioinformatik proqram hazırlayıb

AMEA koronavirusla bağlı yeni bioinformatik proqram hazırlayıb


Yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin

AMEA koronavirusla bağlı yeni bioinformatik proqram hazırlayıb

AMEA koronavirusla bağlı yeni bioinformatik proqram hazırlayıb
AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda koronavirusun minlərlə ştammının genom məlumatlarının sürətli analizi üçün yeni bioinformatik proqramı hazırlanıb.
Akademiyadan Tatli.Biz-a verilən məlumata görə, yeni bioinformatik proqramdan istifadə etməklə 77 ölkəni əhatə edən 17 983 ədəd SARS-CoV-2 genomunun müqayisəli təhlili həyata keçirilib.
Müxtəlif ölkələrin genom verilənləri referens genomla, eləcə də öz aralarında müqayisəli analiz edilib, onların variasiya tipləri (TNP, insersiya, delesiya, indel), təsir gücü, mutasiyanın baş verdiyi regionlar, əvəzolunmalar, mutasiyaya uğrayan genlər, kodonlar, amin turşuları, həmçinin mutasiyanın aşkar olunduğu ştamların sayı müəyyən edilib.
Bundan əlavə, Azərbaycanda ilk dəfə olaraq böyük genom verilənlərinin çoxistiqamətli analizi nəticəsində əldə edilən nəticələrin asan istifadəsini təmin etmək məqsədilə yeni veb-səhifə (ncov.bioset.org) yaradılaraq tədqiqatçıların ixtiyarına verilib. Veb-səhifə virusun genomunda baş verən mutasiyaların mənşəyi və izlənilməsi, eləcə də yeni genomlarla müqayisəli analizi üçün əhəmiyyətli baza rolunu oynaya bilər.

Dostlarınla Paylaş

Saytda 95 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023