Atalığı 10 yaşında oğluna görün NƏ ETDİ - FOTO


Yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin

Atalığı 10 yaşında oğluna görün NƏ ETDİ - FOTO

Sentyabrın 14-də gecə saatlarında polis əməkdaşları tərəfindən metronun "20 Yanvar" stansiyasının yaxınlığında uşaq tapılıb. Azyaşlı Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib.
Tatli.Biz xəbər verir ki, bu barədə virtualaz.org saytına birliyin rəhbəri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, oğlanın 10 yaşı var. "Uşağın əqli və fiziki qüsuru var, amma fikirlərini çatdıra bilir. Dediklərindən məlum olur ki, atalığı tərəfindən evdən qovulub. Uşağa fiziki və psixoloji zorakılıq olunduğunu güman edirik. Hələlik onunla psixoloq işləyir", - K.Ağazadə bildirib.

Uşağın valideynləri axtarılır: "Sığınacağa bir nəfər zəng vurdu və iddia etdi ki, uşaq özü evdən qaçıb. Bu gün isə bir nəfər gəldi və özünü uşağın xalası kimi təqdim etdi. Birlik polis əməkdaşları olmadan onun uşaqla görüşməsinə icazə vermədi. Yalnız hüquq-mühafizə orqanlarının icazəsi ilə uşaq yaxınlarına verilə bilər".
Atalığı 10 yaşında oğluna görün NƏ ETDİ - FOTO
Atalığı 10 yaşında oğluna görün NƏ ETDİ - FOTO

Dostlarınızla Paylaş

Saytda 117 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2025